Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


27.10.2023  15:42 

Mirşahin Ağayev Qarabağdan yazdı... - Klub deyil..





A+  A-

Uzun müddətdir ”Qarabağ”-çıyam. Qalib gələndə də, məğlub olanda da komandanı anlamağa, anlatmağa çalışmışam. Əlim çatan platformalarda dəstək olmuşam.

Yenə də “Qarabağ”-çıyam.

Böyük Qələbəyə aparan Zəfər Yolunun həm də ”Qarabağ” futbolçularının fədakarlığından keçdiyini dərk etdiyimdən. Amma 26 oktyabr məğlubiyyəti məni əməlli silkələdi. Əlbəttə, Avropanın ən güclü klublarından birinə məğlub olmaq təsadüfi deyil.

“Bayer 04” 5, 6, hətta 10 top da vura bilərdi. Amma məni başqa sual narahat edir? “Qarabağ” niyə belə pis-zəif, yorğun və dişsiz oynadı? Bəlkə, ona (Allah rəhmət eləsin!) “Qarabağ”-ın ev oyunlarında stadionun diktoru olan R. Qafarovun qəfil ölümü pis təsir göstərimişd!?

Ola bilər. Çünki “Qarabağ” öz səhifəsində bu bədbəxt hadisəni qara lentlə yad edib. Deməli, Leverkizendə baş verən futbol faciəsini bədbəxt hadisə hesab etməyib. Mümkündür. Adət var, təziyə və s. var. Və etiraf etməliyik ki, xocamızdan hər dəfə qalib komandanın ünvanına xoş sözlər eşitmək də daha o effekti vermir. “Qarabağ” artıq yeni reallıq Azərbaycanının, ərazi bütövlüyü təmin, dövlət suverenliyi bərpa edilmiş Ölkənin komandasıdır.

Ondan tələb də başqadır. Və daha o arqument də işləmir ki, filan klub çox güclüdür, oyunçularının qiyməti belədir, komandanın büdcəsi elədir. İş-lə-mir! Azərbaycan dünyanın ən güclü dövlətlərinin Birləşmiş Klublarına, BMT-yə qalib gəldi. Fantastik Büdcəsiz! Dövlət adına! Bayraq adına! Qarabağ adına! Deməli, məsələ gücdə deyil, iradədədir, Qarabağ adına və mütləq qalib gələcəyinə əmin olaraq çarpışmaqdadır Ali Baş Komandan kimi. Ondan nümunə götürmək və Qələbəyədək vuruşmaq vaxtıdır! Oktyabrın 26-da bu baş vermədi. Son oyunu oyunçulardan çox-zəif, yorğun, aciz görünən Qurban Qurbanov uduzdu. Böyük hesabla. “5” Alonsonun, “1” isə Qurbanovun qiyməti sayıla bilər. Mən bir “Qarabağ”-çı kimi gözləyirəm: Qurban Qurbanov “Məğlubiyyətə Baş məşqçi kimi şəxsən mən məsuliyyət daşıyıram!”-desin. Noyabrın 9-da, Bayrağımızın Rəsmi Bayramında komandasını meydana döyüş əzmi ilə, qazilər kimi çıxarsın. Mümkün olmayanı, inanılmazı etsin. Yox, qələbə qazanması mütləq deyil. Əla oyun nümayiş
etdirsin! Şəhid adına, Qazi adına, “Qarabağ” adına. Qoy “Qarabağ” adından dırnağı da çıxarım. Gerçək QARABAĞ adına! Oyun oynamasınlar, vuruşsunlar.

Bayrağı yerə düşməyə qoymasınlar. Hətta öz torpağımız olsa belə. Gözləyirəm, Qurban! Gözləyirik, Qurban!! Komandamızın Birinci Yeri, Bayrağımızın Birinci Göyü uğrunda!

Mirşahin Ağayev

Xəbər 1205 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +