Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


05.02.2025  12:06 

Azərbaycanlının ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub





A+  A-

Xəbər verdiyimiz kimi, Gürcüstanın Rustavi şəhərində 24 yaşlı azərbaycanlı kişi odlu silahla qətlə yetirilib.

XəzərNews.az Gürcüstan mediasına istinadla xəbər verir ki, hadisə Qardabani bələdiyyəsinin Qaçiani (Qara-təhlə) kəndində ehtiyatsızlıqdan baş verib.

"İnfoRustavi" nəşrinin məlumatına əsasən, Qaçianidə dostlar süfrə arxasında olarkən onlardan birinin əlindəki “Vinçester” markalı odlu silah ehtiyatsızlıqdan açılıb və güllə Vüqar Yaqubova dəyib.

Yaralı dərhal təcili tibbi yardım briqadası tərəfindən Rustavi klinikasına aparılarkən, dünyasını dəyişib.

Silah əlində ehtiyatsızlıqdan açılan şəxs isə özünə xəsarət yetirib, lakin onun həyatı üçün təhlükə yoxdur.

Daxili İşlər Nazirliyindən 24News.ge xəbər portalına bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 116 və 236-cı maddələri ilə istintaq başladılıb.



Xəbər 3130 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +