Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


30.01.2023  12:05 

İran İsrailə cavab zərbəsindən çəkinir?





A+  A-

İsrailin İranın hərbi obyektlərinə dronlarla zərbə endirməsinə cavab olaraq Tehranın səssiz qalması, əsasən hərbi eskalasiyadan çəkinməsindən irəli gəlir. Hazırda İran rəhbərliyi İsraillə açıq qarşıdurmadan çəkinərək proseslərin rejimin devrilməsi ilə nəticələnəcəyindən narahatdır. Çünki, ölkə daxilində hiperinfilyasiya, iqtisadi sanksiyalar xalqın rejimdən narazılığını artırıb.

Birbaşa İranın İsrailə cavab zərbəsi endirməsi, ABŞ müharibəyə rəsmən qoşulması ilə nəticələnərək, Teharana qarşı hərbi koalisyanın formalaşması ilə nəticələnməsi mümkündür. Tehran rejimin iki yolu var.

Birincisi, nüvə danışıqlarına qatılıb, Vaşinqtonun şərtləri ilə sazişi imzalayır. Rusiyaya hərbi dəstəyi dayandırır.

İkinci, Nüvə danışıqlarına qoşularaq Qərblə münasibətləri normalaşdırır. Rejim daxilində bu məsələdə ciddi fikir ayrılıqları var. Mühafizəkarlar hazırkı xəttin davam etdirilməsində müharibə və gərginliyə üstünlük verilmsində maraqlıdır. Digər kəsim isə, ABŞ-la danışıqlarda maraqlıdır. SEPAH proseslərə nəzarət edərək, gərginlik xəttini üstün tutub. Bu xətt davam edəcəksə, İrana qarşı hərbi əməliyyatlara davam edəcək. Nəticədə İran rejimi zəifləyəcək.

Qeyd edim ki, Vaşiqtonun birbaşa dəstəyi ilə İsrailin hərbi əməliyyatları İranı nüvə silahından imtinaya və Rusiyaya hərbi dəstəkdən çəkindirməyə hesablanıb. ABŞ dövlət katibi müharibənin masada olduğunu qeyd etsə də , diplomatik danışıqlarla problemin həllini Tehranın nəzərinə çatdırdı. 2023-cü il İran və Rusiyanın tam zəiflədilməsi ilidir.

Tehran teokratik rejimi strateji düşünmədiyinə görə böhran yoluna üstünülük verəcək.

Çünki, izlədiyi siyasət bu istiqamətdə davam edir. Azərbaycanla hərbi və siyasi qarşıdrumaya gəldikdə, məhz Türkiyə faktoru Tehranı Azərbaycana qarşı hərbi varianta üstünlük verməsindən çəkindirir. İran Azərbaycana qarşı təzyiqləri davam etdirərsə, Teharana qarşı Ankara-Bakı-Təl-Əviv koalisyasi yarana bilər.

Məhəmməd Əsədullazadə
Siyasi ekspert


Xəbər 1009 dəfə oxunub.




14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +