Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
Gültəkin Hacıbəyli ölkədən qaçıb
Slavyansk atəş altında: Üç ölü var
Eldar Əzizovdan Fəqan Məlikova xəbərdarlıq
Müharibədə daha bir azərbaycanlı həlak oldu
Prezident DTX-nin saxladığı başçı ilə bağlı qərar verdi
Bəzi məmurlar xəyanət yoluna düşüb... - Mer
Bu ölkədə hava limanları bağlanır
“Hurriyyet TV”-nin Baş redaktoru saxlanıldı
Azərbaycanlı iş adamı Rusiyada ölü tapıldı


20.01.2022  11:36 

Kamran Əliyev “Tərtər işi“ndən danışdı





A+  A-

“Tərtər işi" ilə bağlı istintaq qrupu yaradılıb. Heç kim bu işdə siyasi məqsəd güdə bilməz”.

XəzərNews.az -ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev bildirib.

O qeyd edib ki, istintaq qısa müddətdə aparıla bilməz: “Bütün sübutlar tədqiq olunmalıdır”.

Baş prokuror “Tərtər işi” ilə intensiv istintaq işlərinin aparıldığını bildirib: “Mən bir dəfə də demişəm, təəssüf ki, həmin vaxt bəzi mətbuat orqanlar mən demədiyim sözləri başqa şəkildə işıqlandırmışdı. Bir daha deyirəm, mənim “Tərtər işi” ilə bağlı bir mesajım var - heç kim bu işdən siyasi məqsəd üçün istifadə edə bilməz və bu, yolverilməzdir. Bu, qanunla qəti qadağandır. Tərtər hadisələri olub, onun istintaqı təzələnib. Biz qanunla nəzərdə tutulmuş imkanlardan istifadə etməklə həqiqətin tam üzə çıxarılması, həqiqətin bərpa olunması və təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində işləri davam etdiririk. Peşəkarlar bilirlər ki, istintaq belə tez müddət ərzində və tələskənliklə aparıla bilməz. Bütün hallar, bütün faktlar çox diqqətlə yoxlanılmalı, digər sübutlarla müqayisə edilməlidir. Təəssüf ki, bəzi şəxslər bu mövzunu istismar etməyə çalışırlar. Bildi-bilmədi qeyri-peşəkar formada çalışırlar ki, istintaq prosesinə təsir etsinlər. Bu da yolverilməzdir, mümkün də deyil. İstintaqın gedişatı barədə Azərbaycan ictimaiyyəti məlumatlandırılacaq”.

Xəbər 3140 dəfə oxunub.



30.10.2025  13:20 

“Saray Plaza”da ölüm

30.10.2025  11:05 

Baş həkim təyin edildi

30.10.2025  09:54 

Faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +