Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
Gültəkin Hacıbəyli ölkədən qaçıb
Slavyansk atəş altında: Üç ölü var
Eldar Əzizovdan Fəqan Məlikova xəbərdarlıq
Müharibədə daha bir azərbaycanlı həlak oldu
Prezident DTX-nin saxladığı başçı ilə bağlı qərar verdi
Bəzi məmurlar xəyanət yoluna düşüb... - Mer
Bu ölkədə hava limanları bağlanır
“Hurriyyet TV”-nin Baş redaktoru saxlanıldı
Azərbaycanlı iş adamı Rusiyada ölü tapıldı


14.01.2022  19:21 

“Baltanı anamın başından çıxara bilmədim” - QƏTL





A+  A-

Xəbər verdiyimiz kimi, yanvarın 13-ü saat 19 radələrində Xaçmaz rayonu Əzizli kənd sakini 1956-cı il təvəllüdlü Səmən Sultanovaya yaşadığı evdə oğlu 1979-cu il təvəllüdlü Ramiz Sultanov tərəfindən xəsarətlər yetirilib və aldığı xəsarətlərdən xəstəxanada ölüb.

XəzərNews.az xəbər verir ki, bu barədə mərhumun digər oğlu Nəriman Sultanov danışıb.

Bildirib ki, qardaşı psixi xəstədir. O qeyd edib ki, Ramiz bundan əvvəl də anasına bir neçə dəfə hücum edib.

“Mən evdə yox idim, mənə zəng edib dedilər ki, qardaşın qardaşını vurub. Demədilər ki, anamızı vurub. Gəldim gördüm ki, balta anamın başındadır. Balta ilə vurub, balta da anamın başında qalmışdı. İstədim baltanı anamın başından çıxarım, çıxara bilmədim. Təcili yardım gəldi, onlar baltanı çıxardılar, apardıq xəstəxanaya.

Xəstəxanada vəfat etdi. Qardaşım Ramiz psixi xəstədir, onu xəstəxanaya aparmışdılar, 2-3 il saxlayıb sonra yenə buraxdılar. Bundan əvvəl də bir dəfə anamı vurmuşdu, xəsarət yetirmişdi”, - o bildirib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda Ramiz Sultanovun yerinin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi, həmçinin, cinayətin təfərrüatının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 3511 dəfə oxunub.



30.10.2025  13:20 

“Saray Plaza”da ölüm

30.10.2025  11:05 

Baş həkim təyin edildi

30.10.2025  09:54 

Faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +