İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


24.03.2020  15:11 

Koronavirusdan ölənlərin sayı 16 500-ü keçib





A+  A-

Dünyada koronavirus (COVİD-19) səbəbindən ölənlərin sayı 16 568-ə çatıb.
XəzərNews.az-ın Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə məlumat koronavirusla bağlı dünya üzrə statistikanı açıqlayan "Worldometer" saytında yerləşdirilib.

Məlumatlara görə, yeni növ koronavirus səbəbindən ən çox ölüm halı İtaliyada qeydə alınıb. İtaliyada 6077 dünyasını dəyişib. İtaliyadan sonra ən çox ölüm sayı koronavirusun başlandığı Çində baş verib. Çində indiyə qədər koronavirusdan 3277 nəfər ölüb.

Hazırda virusun ən geniş yayıldığı ölkələrdən biri isə İspaniyadır. Ölüm sayına görə üçüncü yerdə olan İspaniyada virusun qurbanlarının sayı 2311-ə çatıb.

Virusun ən çox ölümə səbəb olduğu dördüncü ölkə isə İrandır. İranda indiyə qədər 1812 nəfər koronavirusdan dünyasını dəyişib.

Saytın məlumatında dünya üzrə indiyədək koronavirusa 382 057 nəfərin yoluxuduğu, onlardan 102 501 nəfərin sağaldığı qeyd olunub.



Xəbər 3073 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +