Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
Direktorların vatsap qrupunda qalmaqal
Azərbaycan XİN Türkiyəni təbrik edib
Paşinyan “sensasion xəbər”i açıqladı
İstanbulda yaşayış binası çökdü -VİDEO
Ağdam rayonuna köç karvanı yola salındı
İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb


21.11.2019  09:15 

Daha bir ölkədə elektron siqaret qadağan ediləcək





A+  A-

Filippin höküməti ölkədə veyp çəkənlər arasında ilk xəstənin qeydə alınmasından sonra elektron siqaretlərin istifadəsini və ölkəyə idxalını qadağan etmək istəyir.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “PNA” agentliyi yazıb.

Filippin Prezidenti Rodriqo Dutertenin sözlərinə görə, veyplərin tərkibində naməlum kimyəvi maddələr və sağlamlıq üçün zərərli olan nikotin var.

Duterte ictimai yerlərdə elektron siqaretdən istifadə edən şəxslərin polis tərəfindən saxlanılmasına dair sərəncam verib. Bu məhsulun tamamilə qadağan edilməsi barədə qərar isə yaxın günlərdə imzalanacaq.

Qeyd edək ki, noyabrın 15-də Filippinin Səhiyyə Nazirliyi 16 yaşlı qızın veyp çəkməsi nəticəsində səhhətinin kəskin pisləşməsi və ağciyərlərinin zədələndiyi faktını təsdiqləmişdi.

Xatırladaq ki, daha əvvəl Türkiyə höküməti elektron siqaretlərin satışına və idxalına qadağa qoymaq niyyətində olduğunu açıqlamışdı. ABŞ-ın San-Fransisko şəhərində və Miçiqan ştatında elektron siqaretlərin bütün növlərinin istifadəsi qadağan edilib.



Xəbər 3091 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib


BÜTÜN XƏBƏRLƏR +