“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


28.09.2017  16:54 

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq”





A+  A-

"Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi 2019-cu ildə buraxılış imtahanlarının hansı fənlərdən aparılması ilə bağlı qərar verib".
XəzərNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, sabah Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının iclası olacaq: "İclasda imtahanların yeni modelinə baxılacaq, verilən qərardan sonra ictimaiyyətə yeni qərarlar açıqlanacaq"

M.Abbaszadə qeyd edib ki,2019-cu ildən ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış və qəbul imtahanın birgə nəticəsi götürülsə də, abituriyentlərin qiymətləndirilməsində yekun nəticə 700 bal olacaq.

M. Abbaszadə qeyd edib ki, buraxılış imtahanları və qəbul imtahanlarının vaxtı ilə bağlı indidən fikir söyləmək olmaz.
“Hər ilin əvvəlində qəbul imtahanlarının vaxtı ilə bağlı elan verilir. 2 ildən sonra tətbiq ediləcək yeni imtahanların keçiriləcəyi vaxt da 2018-2019-cu tədris ilinin əvvəlində elan ediləcək”

Xəbər 2359 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +