Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


02.04.2021  09:18 

ABŞ-dan Ukraynaya açıq dəstək





A+  A-

“Vaşinqton Donbasdakı qarşıdurma böyüyəcəyi halda, Kiyevi düşmənlə tək qoymayacaq”.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin saytında yazılıb.

Bildirilir ki, Ukraynanın müdafiə naziri Andrey Taranın Pentaqon lideri Lloyd Ostinlə telefon danışığı olub. Taran amerikalı həmkarına Donbasda təmas xəttindəki vəziyyət barədə məlumat verib və Rusiyanı atəşkəs rejiminə əməl etməməkdə günahlandırıb.

“ABŞ-ın müdafiə naziri qeyd etdi ki, Rusiyanın təxribatçı hərəkətləri artacağı təqdirdə, ABŞ Ukraynanı tək qoymayacaq”, - deyə Ukrayna XİN-in məlumatında deyilir.

Qeyd edək ki, Lloyd Ostinin ukraynalı həmkarı Andrey Taranla telefon danışığından sonra yazılı açıqlama verilib. Bildirilir ki, ABŞ, təhlükəsizlik yardımı çərçivəsində 2014-cü ildən bu yana Ukraynaya 2 milyard dollardan çox vəsait ayırıb və Ukrayna silahlı qüvvələrinin imkanlarını artırmağa davam etmək niyyətindədir.

Xəbər 1480 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +