Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


09.06.2018  12:57 

Seysmoloji Mərkəzdən zəlzələ açıqlaması: “İnsanlar bunu bilməlidir ki...“





A+  A-

"Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Zaqatala ərazisində zəlzələnin baş vermə səbəblərinə dair tədqiqatları davam etdirir".
XəzərNews.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, gələn həftə ərzində aparılan tədqiqatların nəticələri ictimaiyyətə təqdim ediləcək:

"Zəlzələ barədə insanlara ilkin məlumat ərazidə qeydə alınan siqnallar əsasında verilir. Hazırda isə əməkdaşlarımız Zaqatalada yer səthinin üstündə zəlzələnin hansı fəsadlar yaratdığını və yerdə onun hiss olunma dərəcəsi ilə bağlı araşdırma aparırlar. Eyni zamanda geofizika və maqnit sahəsinin ölçüləri aparılır. Zaqatala ərazisində baş verən zəlzələdən sonra bir sutka ərzində 100 afterşok qeydə alınıb. Ötən gün ərzində isə iki afterşok baş verib. Afterşokun olması müsbət haldır. Çünki onlar baş verdikcə, zəlzələ ocaqları azalır. Ehtimal ki, afterşokların olması davam edəcək”.

Vüsalə Rafiqqızı qeyd edib ki, Azərbaycan seysmik baxımından aktiv zonada yerləşir:

"Respublika üzrə Xəzər Dənizi hövzəsi, Şəki, Zaqatala, Gəncə, Daşkəsən və Cənubda Talış dağlıq hissədə zəlzələnin baş verməsində aktivlik var. Bu o demək deyil ki, həmin ərazilərdə yaşayan insanlarda qorxu yaşasın ki, yaşadığı ərazidə zəlzələ ola bilər. Sadəcə olaraq bölgəmiz aktivdir və insanlar bunu bilməlidir”.

Xəbər 1468 dəfə oxunub.



12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +