Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


09.01.2018  21:43 

Lənkəranskinin qardaşı və silahdaşları - Azadlıqda





A+  A-

Dünən axşam azərbaycanlı məmur - Dövlət Gömrük Komitəsinin Keşlə gömrük postunun rəisi, 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı, keçmiş gömrük polkovniki Namiq Canıyev İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Türkiyənin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Canıyevlə birlikdə ötən ilin noyabrında “qanuni oğru” Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsdə cəhddə şübhəli bilinərək saxlanılan digər şəxslər də azad edilib.

Qeyd edək ki, noyabrın 2-də 22 illik həbsxana həyatından sonra Qaradağ rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Səlifova qarşı sui-qəsd cəhdi edilib. Səlifov həbsdən çıxdığı gün İstanbula qardaşları Namiq və Müşfiq Səlifovların yanına gedib.

Həmin vaxt killerlər qrupu İstanbulda Səlifova qarşı hücum planlaşdırmağa cəhd ediblər. Keçirilən operativ əməliyyat nəticəsində qrup üzvləri İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıblar.

Sui-qəsdə cəhdə görə Namiq Canıyev günahlandırılıb. Guya o, tərkibində bu şəxslərin olduğu killer qrupuna rəhbərlik edirmiş: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Abdurrəhman Çolak, Orxan Ergin, Hacı Ömər Ertekin, Əmrə Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Səbri Şirin. Onların arasında “qanuni oğru”, saxta pasportla dolaşan Hacı Beyləqanski ləqəbli kriminal avtoritet Talıbxanlı Hacıbaba Tahir oğlu da olub.

Bununla yanaşı, İstanbulda baş verən olayların bəzi təfərrüatları da məlum olub. Məlumata görə, Namiq Canıyev kriminal avtoritetə qarşı sui-qəsddə iştirak etməyib.

Səlifovla haqq-hesab çəkmək arzusunda çeçen kriminal avtoritet, oğru dünyasının “Ümumavropa kassası”nın nəzarətçisi Həmzət Qastəmirov (Şeyx Həmzət) olub.

Mənbənin sözlərinə görə, Namiq Canıyev Türkiyəyə bir sıra maliyyə məsələlərini yoluna qoymaq üçün gəlib. O, səfər zamanı həmçinin Rövşən Lənkəranskinin yaxın tərəfdaşları olan Şeyx Həmzət və Hacı Beyləqanski ilə də görüşüb.

Ümumiyyətlə, azərbaycanlı məmur geyindiyi uniformanın şərəfini ləkələməmək üçün həmişə kriminal aləmdən uzaq durmağa çalışır. Bunun üçün o, hətta qardaşı Rövşən həyatda olarkən onunla birlikdə şəkil belə çəkdirməyib. Amma bu dəfə mərhum qardaşının yaxın dostları ilə görüşmək onun üçün ölüm-dirim məsələsi olub.

Ola bilsin, Namiq Canıyev qətlə yetirilmiş qardaşının intiqamının alınmasını istəyib. Rövşən Lənkəranskinin qisasını almağa bu yaxınlarda ona Şeyx Həmzət söz verib. Həmzət Qastəmirov bu məqsədlə türk və çeçen mafioz klanlarını bir yerə toplayıb.

Mənbə onu da bildirib ki, Namiq Canıyev azadlığa çıxandan sonra Azərbaycana deportasiya edilib.

Qeyd edək ki, türk məhkəməsi Canıyevlə birlikdə Hacı Beyləqanskiyə də bəraət verib.

Xəbər 1468 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +