Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub
Təzəxən Mirələmli də saxlanılıb


06.11.2025  11:46 

Telli Borçalı ilə ARB-nin əməkdaşı arasında insident yaşanıb -VİDEO





A+  A-

Aşıq Telli Borçalı ilə ARB Televiziyasının əməkdaşı arasında insident yaşanıb.

XəzərNews.az xəbər verir ki, telekanalın yaydığı rəsmi məlumata görə, hadisəyə səbəb ifaçının mahnısının cəmi 10 saniyəlik hissəsinin səhv yayımlanması olub.

Məlumatda qeyd edilib ki, “Həmin Zaur” verilişinin kameraarxası görüntülərində insident anı lentə alınıb. ARB-nin əməkdaşı baş verən hadisə ilə bağlı polisə müraciət edəcəyini açıqlayıb.

Mövzu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev (Tolik) də məsələ ilə bağlı fikrini bölüşüb:

“Deməli, camaat bəlkə də bilmir, amma bütün kanallarda gecikmə var — ən çox gecikmə isə bu kanaldadır, təxminən, 10 dəqiqəyə yaxındır. Əgər bu 10 dəqiqəlik gecikməni də özlərinə pay kimi bölüşdürürlərsə, deməli, bu gün buna ehtiyacları var. Halbuki, orada o qədər “böyük” aparıcılar var, amma bəzən sözlərini belə deməyi bacarmırlar. Ona görə də belə mövzularla gündəmdə qalmağa çalışırlar”.

Hazırda hadisə ilə bağlı həm ifaçının, həm də telekanalın mövqeyi sosial mediada geniş şəkildə müzakirə olunmaqdadır.( “Yeni Sabah”)



Xəbər 1821 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +