Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


17.04.2025  15:51 

Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma





A+  A-

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.

XəzərNews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Məişət İST” MMC (VÖEN - 2001554431) olub.

“Məişət İST” MMC Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri aparacaq və qarşılığında 1 milyon 802 min 590 manat 42 qəpik alacaq.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Məişət İST” MMC 25 may 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Əhmədli ŞTQ, General Şıxlınski, ev 1A ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Cəfərov Nicat İzahat oğludur.

Qeyd edək ki, 6 manat nizamnamə kapitalına sahib olan və 1,8 milyon manatlıq tenderin qalibi olan “Məişət İST” MMC-nin hazırda dövlət büdcəsinə vaxtında ödənilməyən 3 min 618 manat 97 qəpik vergi borcu var.

“Məişət İST” MMC daha əvvəl də bir sıra dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub. Tender müsabiqələrində iştirakından başqa, barəsində açıq internet resurslarda heç bir məlumat olmayan bu şirkətin nə veb-saytı, nə də sosial şəbəkə hesabları var. Şirkət məcburi köçkünlərin geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərindən başqa Elm və Təhsil Nazirliyinə yemək, hərbi hissələrin birinə isə tikinti materialları satıb.

“Məişət İST” MMC ilə bağlı daha bir diqqət çəkən məqam odur ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2022-ci ilin iyun ayında ictimai iaşə fəaliyyəti göstərən şirkətin qida təhlükəsizliyi qeydiyyatından imtina edib. İmtinanın səbəbi kimi sahibkarın hal-hazırda fəaliyyət göstərmədiyi qeyd edilib.

Maraqlıdır ki, AQTA “Məişət İST” MMC-nin qida təhlükəsizliyi qeydiyyatından imtina etdikdən sonra – 2023 və 2024-cü illərdə bu şirkət Elm və Təhsil Nazirliyinə 11,4 milyon manatlıq yemək satıb.

Onu da bildirək ki, ötən il Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun analoji tenderinin qalibi “Admedia.az” MMC (VÖEN - 2002644161) olub. “Admedia.az” MMC Məcburi Köçkümlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri aparıb və qarşılığında 1 milyon 229 min 943 manat 50 qəpik alıb.


Xəbər 1173 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +