Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


06.02.2024  19:08 

Rauf Vəliyevin idarəsi valyuta vəsaitini xaricdən geri qaytarmayıb





A+  A-

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Xəzərnews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İş Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır.

Qeyd edək ki, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevdir.

Xəbər 4721 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +