Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır


29.04.2025  15:14 

Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır





A+  A-

Mayın 1-dən kommunal xidmətlər üzrə vahid abunəçi kodu mexanizmi yaradılır. Bu o deməkdir ki, kommunal xidmətlər artıq rəqəmsal formada idarə olunacaq. Artıq kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə yol xəritəsi də təsdiqlənib.

Atıq bir abunəçi kodu ilə bütün kommunal xidmətləri ödəmək mümkün olacaq. Bunun üçün vahid informasiya sistemi yaradılır. Sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid formadan əldə etməyə, ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Ən vacibi isə bu sistem vasitəsi ilə insanlar vahid portal üzərindən elektrik, qaz, su və istilik üzrə borclarını sərfiyyat göstəricilərini və tarifləri izləyə biləcəklər.

Qeyd edək ki, gələcəkdə elektrik, su, qaz və digər sayğaclar tam ağıllı sayğaclara çevrilə bilər. Vahid informasiya sistemi ilkin mərhələdə Bakı və böyük şəhərlərdə pilot layihə formasında tətbiq olunacaq. /Milli.Az

Xəbər 1430 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +