Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


05.03.2025  14:10 

Nərimanovda tikinti işləri dayanmır - FOTO





A+  A-

Bir müddət əvvəl xəbər vermişdik ki, Bakının Nərimanov rayon ərazisində yaşayış yerlərinin qeyri-yaşayış təyinatlı istifadəsi kütləvi hal almağa başlayıb. Rayonun bir sıra yerlərində bu hallar daha açıq şəkildə müşahidə olunmaqdadır.

Belə ki, Yusif Vəzir Çəmənzəminli küçəsində yaşayış binasının qarşısı kəsilərək, alt mərtəbə obyektə çevrilib. Bundan başqa, Nərimanov rayonu, Mirzə Uluqbəy və Faiq Yusifov küçələrində də analoji durum yaşanır.

Amma məsələ orasıdır ki, bunca ictimailəşməsinə baxmayaraq, Nərimanov rayonunda qanunsuz obyektlərin tikintisi prosesi dayanmayıb.

Ötən gün daha bir qanunsuz tikinti işinin üstü açılıb. Tribunainfo.az xəbər verir ki, bu dəfə qanunsuz tikinti işlərinin aparılması Nərimanov rayonunun Təbriz küçəsində qeydə alınıb. Orada iri ticarət obyekti inşa edilir.

Aydın məsələdir ki, bu prosesdən Nərimanov rayon İcra Hakimiyyəti və digər səlahiyyətli qurumların xəbəri var. Əgər xəbərləri yoxdursa, o zaman nəyəsə görə göz yumublar.

Maraqlıdır ki, Nərimanovun icra başçısı Elgün Həbibullayev bu cür ciddi hadisələri görməzdən gəldiyi halda, balkonuna bir mismar vuranı daha tez görür. Deyə biləcəyimiz isə odur ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, yaşayış yerlərinin qeyri-yaşayış sahəsinə çevrilməsi, belə bir təyinatlı istifadəsi və ya obyektə çevrilməsi qadağan olunub. Həbubullayev isə buna əhəmiyyət vermir, göstərişə əməl etmir və öz bildiyi kimi davranır.

Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyəti və Şəhərsalma və Arxitektura Komitəsinin də mövqeyini dərc etməyə hazırıq.





Xəbər 1660 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +