Generalın oğlu İngiltərədə şirkət açdı - Foto
Kreml Azərbaycan diasporalarını “özəlləşdirir“ - ŞƏRH
Peskov prezidentlərin salamlaşmasını şərh etdi
Bakıda saxlanılan erməni məhbus intihara cəhd edib?
17 yaşlı qızın toyu ləğv edildi... - 32 yaşlı kişi ilə...
Prezidentin təyyarəsinə PUA təhlükəsi olub?
Avstraliya 14 rusiyalıya qarşı sanksiya tətbiq edib
Sürücü avtobusu idarə etməkdən niyə imtina edib?
“Unibank” məşhur jurnalistin başına oyun açdı
Sabahın hava proqnozu açıqlanıb


05.01.2024  15:19 

Prezident pravoslav xristian icmasını təbrik edib





A+  A-

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu göndərib.

Xəzərnews.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli həmvətənlər!

Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik.

Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər.

Əziz həmvətənlər!

Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!".

Xəbər 6615 dəfə oxunub.



03.09.2025  14:05 

AFFA bu klubları cərimələdi

03.09.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

03.09.2025  12:06 

Nazirə yeni müşavir təyin olundu

03.09.2025  10:19 

Tiktoker Xosrov həbs olundu


BÜTÜN XƏBƏRLƏR +