Bu avtobusların hərəkət sxemi dəyişdirilir?
Müavinləri də saxlanılıb? - RƏSMİ AÇIQLAMA
Rus ordusu bir neçə yaşayış məntəqəsini işğal edib
Bakı rayonları korrupsiya əməliyyatlarından niyə kənarda qalır?
Axşam küçəyə çıxa bilmirik... - Montoneqroda yaşayan azərbaycanlı
Azərbaycanın rəsmi cavabını gözləyirik - Əraqçı
Xaçmazda yeniyetmə anasını qətlə yetirdi
Şimal nağıllarında təsvir edilən cənnət - Kanada
Rusiya kəşfiyyatına bağlıdırlar, növbə onlara çatıb - Siyasi şərhçi
Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxılıb


25.10.2025  11:39 

Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb





A+  A-

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Xəzərnews.az məktubun mətnini təqdim edir:

"Hörmətli Qasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Qazaxıstanın hər bir sahədə əldə etdiyi sanballı uğurları, iqtisadi inkişafı, əhalinin rifahının artması və beynəlxalq aləmdə yüksək nüfuz qazanması Sizin rəhbərliyiniz altında ölkədə aparılan əhəmiyyətli islahatların və yorulmaz fəaliyyətinizin nəticəsidir.

Xalqlarımızın ortaq tarixi-mədəni kökləri dövlətlərarası əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Qardaş ölkələrimiz arasında əlaqələr qarşılıqlı etimad və yüksək hörmət ruhunda inkişaf edir. Bu il imzalanmasının 20 illiyini qeyd etdiyimiz "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə" dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini əyani şəkildə əks etdirir.

Siyasi təmaslarımızın intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, energetika, o cümlədən yaşıl enerji, nəqliyyat, investisiya, informasiya texnologiyaları, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

Bu yaxınlarda qardaş ölkənizə həyata keçirdiyim dövlət səfərim zamanı əldə etdiyimiz nəticələr, razılaşmalar və imzaladığımız sənədlər münasibətlərimizin daha da dərinləşdirilməsi istiqamətində sarsılmaz iradəmizin və əzmimizin bariz nümunəsidir.

Əminəm ki, Azərbaycan-Qazaxıstan qardaşlığının, etibarlı strateji tərəfdaşlığının və müttəfiqliyinin möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

Xəbər 1823 dəfə oxunub.




31.10.2025  11:42 

Ermənistanda İranın güc amili

30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +