Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub
Təzəxən Mirələmli də saxlanılıb


26.11.2025  11:17 

Bakıda arvadını bıçaqladı, özü Çində saxlanıldı -FOTO





A+  A-

Bu il noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb.

Bu barədə XəzərNews.az-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.

Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.



Xəbər 988 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +