“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


05.03.2025  16:36 

“Köhnə qvardiya”dan kimlər qalır?





A+  A-

Azərbaycan bəzi nazirlərin, deputatların, iri ranqlı məmurların on illərlə vəzifədə qalmasına imkan yaradılan və bu baxımdan sayı elə də çox olmayan ölkələrdən biridir. İnsaf xatirinə deyə bilərik ki, xüsusilə də 2017-2018-ci illərdən başlayaraq, ölkədə kadr bazasının yenilənməsi, köhnə kadrların daha gənc kadrlarla əvəzlənməsi prosesi müşahidə olunmağa başladı. Bunun hansı müsbət və ya mənfi nəticələri barədə çox danışmaq olar. Lakin zatən hər şey göz qabağındadır…

“Köhnə qvardiya”nın Ramiz Mehdiyev, Oqtay Əsədov, Vasif Talıbov və digər “kötükləri” yola salınandan sonra belə, xeyli sayda “uzunömürlü” məmurlar və deputatlar hələ də vəzifədə qalmaqdadır. Əlbəttə, onların bir çoxu öz vəzifəsinin öhdəsindən yenə də lazımınca gələ bilir və bəziləri uzun illər eyni vəzifəni daşıyırlar.

Pezident Adminstrasiyasında və Nazirlər Kabinetində uzun illər yüksək vəzifələr daşıyan məmurlar var. Zeynal Nağdəliyev, Fuad Ələsgərov, Bəylər Əyyubov, Ramil Usubov, Kəmaləddin Heydərov, Əli Əsədov, Samir Şərifov, Şahin Mustafayev və digərləri.

Ancaq məsələn, Əli Əhmədov, Mübariz Qurbanlı, Səyyad Aran kimi parlamentdən Nazirlər Kabinetinə, oradan isə yenidən parlamentə göndərilənlər də var. Bu “rotasiyaların” nə ilə bağlı olduğunu demək çətindir…

Parlamentdə isə “Köhnə qvardiya”nın sıraları sıxlığına görə heç də icra strukturlarından geri qalmır. Orada 5 dəfə ardıcıl deputat olan 84 yaşlı Ziyad Səmədzadədən, 7 dəfə deputat olan 80 yaşlı Eldar İbrahimovdan, 6 dəfə deputat olan Səttar Möhbalıyevdən tutmuş yenə də dəfələrlə deputat vəsiqəsi alan Siyavuş Novruzova qədər xeyli sayda “Köhnə qvardiya” üzvləri var.

Belələri diplomatik korpusda da az deyil. Buna misal olaraq, cəmi bir neçə ay əvvələ qədər uzun illər Azərbaycanın Rusiyada səfiri olmuş, hazırda isə parlamentdə təmsil olunan Polad Bülbüloğlunu, yaxud Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevi göstərmək olar.

Bir də var Baş nazirin 80 yaşlı birinci müavini Yaqub Eyyubov. Ona və onun kimi bəzi fiqurlara başqa kontekstdən də yanaşmaq olar. Mətbuatda Ramiz Mehdiyevdən sonra az qala Rusiyanın “ikinci adamı” kimi təqdim olunan Y.Eyyubov bu bağlılığından dolayı, digərlərindən fərqli olaraq, bir növ siyasi yük daşıyan biri kimi təsir bağışlayır.

Onun Rusiyanın məlum dairələri ilə sıx əlaqələri, özünün və oğlunun milyardlıq biznesləri, bank hesabları barədə məlumatlar dərc olunsa da, Eyyubov sanki “odda yanmaz, suda batmaz” statusunda qalmaqdadır. Yeganə sual budur ki, onu əvəz edə biləcək yeni kadrlar yoxdurmu, yoxsa onu və onun kimi bəzilərini vəzifədə saxlayan hansısa başqa cəhətlər və səbəblər var?... /Azpolitika.info

Xəbər 1367 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +