“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


26.03.2024  09:28 

Hücumun arxasında hansı ölkə dayanır?





A+  A-

Hələlik əsas versiyalardan biri kimi “Krokus Siti Holl”da baş verən terror aktının saxta bayraq altında həyata keçirildiyi hesab edilir. Özlərini İŞİD təşkilatı ilə əlaqəli kimi təqdim edən terror aktının icraçıları əslində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini təmsil edə bilərdilər. Bir sıra hallar bunun yalançı bayraq altında terror hücumu olduğunu göstərir.

Xəzərnews.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq İqor Korotçenko 22 martda Moskvadakı “Krokus Siti Holl”da baş verən teraktla bağlı deyib.

“Birincisi, terror aktını törədənlər hadisədən sonra Ukrayna ilə sərhəddə onlara söz verildiyi “pəncərəyə” doğru gedib, lakin yolda ələ keçirilib və saxlanılıblar. İkincisi, bu gün Rusiyaya qarşı terror aktları həyata keçirən Ukraynadır.

Zaxar Prilepinə, İlya Kivaya və bir sıra digər şəxslərə qarşı əvvəllər törədilmiş terror aktlarını hamımız xatırlayırıq. Təəssüf ki, bura xüsusi hərbi əməliyyatın tərəfdarı olan vətənpərvər ictimaiyyətin bir sıra görkəmli nümayəndələrinin “uğurlu” qətlləri də daxil idi. Odur ki, “Krokus Siti Holl”da baş verən terror aktından əsas faydalanan hər halda Kiyev rejimidir.

Bu baxımdan, ABŞ-ın rəhbərlik etdiyi aparıcı Qərb dövlətlərinin bu terror aktının Ukrayna tərəfindən həyata keçirilməsi ehtimalını inkar edən və “İslam Dövləti”nin qollarından birini təşkilatçı kimi tanıyan çevik, əlaqələndirilmiş mövqeyi də diqqətəlayiqdir. Bu da müəyyən fikirlərə yol açır.

Dünənki matəm hadisələri fonunda, eləcə də əvvəlki dövrdə və “Krokus Siti Holl”da terror aktı baş verən gün Ukrayna Rusiyanın mühüm infrastrukturuna qarşı kütləvi terror aktları həyata keçirib, Rusiya şəhərlərini, xüsusən də Belqorodu vurub.

Bu, beynəlxalq terrorizmdir, lakin Qərb Kiyevin bu cür hərəkətlərini pisləməyi lazım bilmir. Buna görə də bu gün əsas versiya təşkilatçısı Ukraynanın hərbi kəşfiyyatı olan “yalançı bayraq altında” terror hücumu hesab olunur”, – o bildirib.(Axar.az)

Xəbər 1622 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +