Azərbaycanlı döyüşçü Moskvada həbs olundu
“Tamstore”da satışda olan kərə yağı yararsız çıxdı
Məlhəm Beynəlxalq Hospitalına sanksiya tətbiq edildi
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
“Neftçi”dən inciməmişəm” - Qurban Qurbanov
Bulvarda dənizdə batan qadın xilas edildi
ATƏT-in Minsk qrupu rəsmən ləğv olundu
Bakıda bu ərazidə hər gün zibil yandırılır
Hindistandan Azərbaycana qarşı düşmən addım
Yasamalda sürücüləri narahat edən bərbad yol


21.05.2018  10:34 

Ukraynada cümhuriyyət konfransı keçirildi - Fotolar





A+  A-

Taras Şevçenko adına Kyiv Milli Universitetinin Tarix fakültəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ukrayna -Azərbaycan diplomatik əlaqələrinin 100-cü ildönümü münasibəti ilə “Qafaqazşünaslıq mühazirələri” mövzusunda konfrans keçirilib.
XəzərNews.az xəbər verir ki, elmi konfrans Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Alimlər Şurasının üzvü, Ukraynalı Ziyalılar Assambleyasının sədri, tarix elmlər doktoru Fərhad Turanlının təşəbbüsü ilə təşkil olunub.

Konfransda alimlərdən Yuriy Koçubey “Ukrayna-Azərbaycan münasibətlərində ortaq strateji maraqlar”, Oleq Maşevskiy “Cənubi Qafqaz 1900-1925-ci illərdəki beynəlxalq münasibətlərdə”, Oleq Kupçık “1920-ci illərdə Ukrayna ilə Azərbaycan arasında ticari münasibətlər” və “Ukrayna Azadlıq hərəkatı ordusunda azərbaycanlılar”, Oksana Vasilyuk “Ağatangel Kırımlı Azərbaycan haqqında”, Nataliya Zub “20-ci əsrin başlanğıcında Kiyevli azərbaycanlıların sayı, qeydiyyatı və kimlikləri”, Fərhad Turanlı “Azərbaycan diasporunun Ukrayna elmi və mədəniyyətinin inkişafında göstərdikləri fəaliyyətlərin mahiyyəti” mövzularında məruzələrlə çıxış ediblər.

F.Turanlı məruzəsində müasir dövrdə diaspor quruculuğuna toxunub və bildirib ki, onun da təmsil olunduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) bu ölkədə Azərbaycan dili, mədəniyyətinin öyrənilməsi və təbliği, Qarabağ mövzusunda sənədli filmlərin hazırlanması və nümayişi, qəzetlərin çap olunması, internet media kimi işlərdə davamlı layihələr ortaya qoyur: “Bu yaxınlarda keçirilən hesabat-seçki konfransımızda görülən işlərin hesabatı verildi, ciddi müzakirələr aparıldı. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibəti ilə UABD tərəfindən medal təsis olundu. Diaspora fəaliyyətində fərqlənən ukraynalı, azərbaycanlı və digər ölkələrdəki tərəfdaşlarımız bu medalla təltif olundu. Mahiyyəti etibarı, gözəlliyi ilə yüksək keyfiyyətdə hazırlanan bu medalın mənası dərindir. Ona görə də bu medal bəhs olunan tarixi hadisəni güclü şəkildə əks etdidir. Şübhəsiz ki, bu medal Ukrayna ilə Azərbaycan arasındakı cümhuriyyət dövru diplomatik münasibətlərin simgəsi olaraq tanınacaq”.

Müzakirələr zamanı qərara alınıb ki, konfransda səsləndirilən məruzələr kitab halında nəşr olunsun.

Sonda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu konfrans iştirakçıları adından Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə təşkil olunan elmi konfransa görə Taras Şevçenko adına Kyiv Milli Universitetinin Tarix fakultəsinin rəhbərliynə, professor-müəllim heyyətinə minnətdarlığını bildirib.





Xəbər 2879 dəfə oxunub.



01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi

01.09.2025  13:58 

“Kriti“ Vüsal saxlanıldı

01.09.2025  12:21 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +