Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır


24.07.2018  09:43 

İki mindən çox yeni söz...





A+  A-

Azərbaycan dilinə yeni daxil olan daha 2 650 söz müəyyən edilib.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib: "İkinci yeni sözlər lüğəti artıq hazırdır, lüğət hazırda çap olunma mərhələsindədir. Onun sentyabr-oktyabr aylarında işıq üzü görməsi nəzərdə tutulur".

Komissiyanın sədr müavini əlavə edib ki, yeni sözlər lüğətə daxil edilməmişdən əvvəl alimlər tərəfindən geniş müzakirə edilib. O, yeni sözlərin daha sonra hazırlanan orfoqrafiya lüğətinə və Azərbaycan dilinin çoxcildli izahlı lüğətinə daxil ediləcəyini də söyləyib.

Onun sözlərinə görə, dilçi alimlər tərəfindən son 3 il ərzində Azərbaycan dilinə 5 150 yeni sözün daxil olduğu müəyyənləşdirilib. S.Sadıqova qeyd edib ki, Azərbaycan dilinin 2015-ci ildə çap olunan ilk yeni sözlər lüğətinə 2 500 söz daxil edilib.

Dilimizə daxil olan yeni sözlərin müəyyənləşdirilməsi istiqamətində işlərin hazırda da davam etdiyini deyən S.Sadıqova əlavə edib ki, yeni sözlərin çoxu tibb, informatika, jurnalistika, loqistika, iqtisadiyyat sahəsi üzrədir: "Biz riyaziyyat və fizika sahəsinə aid olan o qədər yeni söz tapa bilmirik. Ancaq logistika, informatika, gömrük sahələrində yeni sözlər daxil olur. Onların arasında alınma sözlər, eyni zamanda Azərbaycan dilinin daxili imkanları hesabına yaranan sözlər də var".

Xəbər 1442 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +