Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır


13.05.2017  20:09 

Torpaq üstündə dava - Yaralananlar var





A+  A-

Beyləqan rayonunda kənd sakinləri ilə bələdiyyə sədri arasında kütləvi dava baş verib.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun İmamverdilər kəndində torpaq üstündə qeydə alınıb.

Belə ki, kənd sakini Rasim Əliyev ona məxsus pay torpağın həmkəndliləri tərəfindən qeyri-qanuni zəbt edilməsi barədə aidiyyəti qurumlara müraciət edib. Bu səbəbdən də bələdiyyə sədri və kənd sakinləri arasında mübahisə yaranıb. Mübahisə sonradan bələdiyyə sədri Əfqan Bəşirov, onun qardaşı Anar Bəşirov və torpağı qeyri-qanuni yolla zəbt edən Bəhrəm Nofər və Mübariz Abdullayev qardaşları ilə ərazinin qanuni sahibi olan Rasim Əliyev, qardaşı Vüqar Əliyev və əmisi oğlu Rafiq Tağıyev arasında kütləvi davaya çevrilib.

Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1558 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +