Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub
Təzəxən Mirələmli də saxlanılıb


04.12.2025  12:15 

Naxçıvan Ali Məclisində dəyişiklik edilib





A+  A-

Naxçıvan Ali Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik edilib.

XəzərNews.az xəbər verir ki, dəyişikliyə əsasən deputatların iclaslarda iştirak qaydaları daha da sərtləşdirilib.

Yeni dəyişikliyə əsasən, deputatın üzrsüz səbəbdən iştirak etmədiyi iclasların sayı 10-dan 5-ə endirilib.

Mövcud qaydaya görə, Ali Məclisin sədri Ali Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Ali Məclisin 10 iclasında üzrsüz səbəbdən iştirak etməyən Ali Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edir.

Yeni dəyişikliyə əsasən, deputatın mandatının itirilməsi proseduru daha erkən işə düşəcək. Yəni, 5 iclasda üzrsüz səbəbdən iştirak etməyən deputatın mandatı ləğv edilə bilər.

Bunun üçün Ali Məclisin sədri İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Ali Məclisin müzakirəsinə çıxarır. Bu məsələyə Ali Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır.

İclasda iştirak edən Ali Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, İntizam komissiyasının üzvlərinə suallar verə bilər və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Ali Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Ali Məclisin qərarı azı 23 səs çoxluğu ilə qəbul edilir.


Xəbər 688 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +