Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?
Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?


15.07.2021  14:23 

Tbilisidə qarşıdurmalarla bağlı 23 nəfər saxlanılıb





A+  A-

Gürcüstan polisi paytaxtda jurnalistlərə qarşı zorakılıqda iştirak etmiş daha iki gənci saxlayıb.
XəzərNews.az Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, saxlanılan şəxslər iyulun 5-də Rustaveli prospektində xidməti vəzifəsini yerinə yetirərkən “TV Pirveli” telekanalının operatorunu sözlə və hərəkətləri ilə təhqir ediblər.

Bundan əlavə, təqsirləndirilən şəxslərdən biri “Kaşveti” adlı kilsənin yaxınlığında sadə vətəndaşı da fiziki hərəkətlə təhqir edib.

İnsidentlərlə bağlı cinayət işi başladılıb. İstintaq davam edir.

Nazirliyin məlumatına görə, 5 iyun hadisələri ilə bağlı 23 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar saxlanılıb.

Xatırladaq ki, “Tbilisi pride” qeyri-hökumət təşkilatı və onu dəstəkləyən aktivistlər iyulun 5-də LGBT cəmiyyətinin hüquqlarının müdafiəsi üçün “Həmrəylik yürüşü” keçirməyi planlaşdırırdı. Lakin etirazçıların aksiyası daha sonradan qarşıdurmaya çevrilib.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, 55 zorakılıq faktı qeydə alınıb ki, bunların da 53-ü KİV nümayəndələrinə qarşı olub.

Xəbər 2475 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +