Sərhədi pozan 2 iranlı saxlanıldı
Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?
Hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı
Bank kartlarından 15 min manata yaxın pul oğurlandı
Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam


13.03.2019  10:23 

Tramp qızının və kürəkəninin Ağ Evdən çıxarılmasını istəyib?





A+  A-

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşnerin Ağ Evdən uzaqlaşdırılması üçün prezident aparatının rəhbəri Con Kelliyə təlimat verdiyi iddia edilib.
XəzərNews.az “Yeni Şafak”a istinadən xəbər verir ki, bu barədə amerikalı jurnalist Viki Uard yaxında satışa çıxacaq “Kushner Inc.” adlı kitabında qələmə alıb.

Onun iddiasına görə, hadisə Tramp prezident seçildikdən qısa müddət sonra baş verib.

Jurnalist qeyd edib ki, İvanka-Cared cütlüyü mətbuatda mənfi rəy formalaşdırdığı üçün Trampın onların Ağ Evdən uzaqlaşdırılmasını və Nyu-Yorka göndərilməsini istəyib. Uard Trampın “Onlar oyunun necə oynanıldığını bilmir” ifadəsini işlətdiyini də vurğulayıb.

Lakin, sonradan ABŞ prezidenti bu fikrindən daşınıb.

Qeyd edək ki, İvanka hazırda Ağ Evdə preizdentin məsləhətçisi vəzifəsini tutur. Kuşner isə Trampın baş məsləhətçisidir.

Xəbər 1487 dəfə oxunub.



14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +