Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?
Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?


12.02.2020  12:29 

“Bakıda yeni mərkəzi rayon yaradılacaq“





A+  A-

"Gündən-günə turistlərin sayı artır, Bakı inkişaf edir. Ona görə, Bakıdakı tarixi binaların qorunması aktual məsələyə çevrilir".
XəzərNews.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Başçısı Eldar Əzizov bu gün keçirilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları”adlı beynəlxalq konfransda Modern.az-ın əməkdaşının sualına cavab olaraq bildirib.

Bakı meri qeyd edib ki, prezidentin tapşırığı ilə Bakıda "Mərkəzi rayon"un yaradılması nəzərdə tutulur:

"Bu "Mərkəzi rayon" yaradılsa, tarixi binalara xüsusi xidmət göstəriləcək. Bu binaların fasadlarını qoruyub saxlamaq, küçələri vahid standartlara gətirib çıxarmaq üçün əlverişli şərait yaradılır. Bu yaxınlarda artıq qərar veriləcək.

Paralel olaraq, Bakının mərkəzində abadlıq işləri aparılır, nəinki yeni binalar, eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvələrində neftin inkişafı nəticəsində yerli sahibkarlar tərəfindən inşa edilən tarixi binaların bərpası həyata keçirilir. Bu proses göz qabağındadır. Mövcud olan bu cür problemlər mərkəzi rayonun yaradılması ilə aradan qalxacaq".

Xəbər 2128 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +