Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp
Ərdoğan və Zelenski bu gün görüşəcək
Axşam Bakıda leysan olacaq
“Səba” külli miqdarda borca düşdü


26.04.2023  09:21 

Eldar Mahmudovun “kassiri” səfərbərlikdə yüksək vəzifəyə gətirilib





A+  A-

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat olub.

XəzərNews.az xəbər verir ki, Tehran Babatov Dövlət Xidmətində rəisin baş köməkçisi vəzifəsinə gətirilib. Bu təyinatı Dövlət Xidmətində kadr islahatı hesab etmək olardı, lakin Tehran Babatovun kimliyi diqqəti fərqli istiqamətə də çəkir.

Tehran Babatov ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) keçmiş rəhbəri Eldar Mahmudovun “kassiri” olub. Eldar Mahmudovun təhlükəsizlik xidmətini hansı vəziyyətə saldığı, vəzifəsindən isstifadə edərək, quldur sistemi formalaşdırdığı, sahibkarlara qarşı zülmlər etdiyi hər kəsə bəllidir.

Keçmiş MTN-də Kadrlar Baş İdarəsinin rəis müavini olan, polkovnik Tehran Babatov da bu prosesdə birbaşa iştirakçı, E.Mahmudovun “kassiri” olub.

Onun fəaliyyəti haqda yayılan məlumatlarda bildirilir ki, T.Babatov MTN-ə işəgötürmə və MTN-in Heydər Əliyev adına Akademiyasına qəbul zamanı rüşvət toplayıb. Hətta rüşvətin məbləği ilə bağlı da konkret rəqəmlər yayılırdı. Misal üçün, MTN-ə işə qəbul üçün 70 min dollar, paytaxtdan kənardakı şöbələrə qəbul üçün 50 min dollar, Akademiyaya qəbul üçün 150 min dollar rüşvət alınıb.

Əvvəllər Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsində işləyən T.Babatov nöqsanlarına görə vəzifəsindən azad edilib. 2004-cü ildə isə Eldar Mahmudov tərəfindən MTN-nə gətirilərək, Kadrlar Baş İdarəsinə şöbə rəisi vəzifəsinə təyin edilib.

T.Babatovun keçmişi və əməlləri haqda yayılan bu məlumatlar onun dövlət strukturları üçün yararsız biri olduğunu göstərir. Keçmiş MTN işi əslində bunu demək üçün tutarlı faktdır və bəllidir ki, E.Mahmudovun “kassiri” olmuş şəxsdən nə dövlətə, nə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xeyir gəlməz./Demokrat.az

Xəbər 940 dəfə oxunub.



15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +