“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


21.11.2020  10:56 

Gürcüstanda ikinci seçki turu keçirilir





A+  A-

Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci raturu keçirilir. Səsvermə zamanı seçicilər ilk turda ən yaxşı nəticə göstərən iki namizəd arasından seçim edəcəklər.
XəzərNews.az xəbər verir ki, Gürcüstanın 17 seçki dairəsində saat 8:00-da seçki məntəqələri açılıb. Gürcüstanın Mtsxeta-Mtianeti bölgəsindəki bir neçə seçki məntəqəsi isə hava şəraitinin pisləşməsi səbəbindən vaxtında açıla bilməyib.

Ümumilikdə 1 923 seçki məntəqəsində 2 140 210 seçici qeydiyyatdan keçib.

Gürcüstan Baş naziri Giorgi Qaxariya parlament seçkilərinin ikinci turunda iştirak edib.

Hökumət başçısı səslərini həyat yoldaşı ilə birlikdə paytaxtın Mtatsminda bölgəsindəki 5 saylı seçki məntəqəsində verib.

Səsvermədə karantin zonalarında və karantində olanlar da iştirak edə biləcək. Bu cür seçicilər üçün əlavə 80 xüsusi məntəqə yaradılıb.

Mövcud vəziyyət nəzərə alınaraq, seçkilər koronavirusa qarşı genişləndirilmiş qorunma tədbirləri ilə keçiriləcək - seçicilər seçki məntəqələrinə maskalı gəlməli, seçki komissiyası üzvləri, müşahidəçilər və media nümayəndələri seçki məntəqəsinə girmədən əvvəl temperatur yoxlanışından keçməlidirlər.

Xəbər 2188 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +