“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


24.04.2025  10:45 

Gündə min günah yuyuram! - Əli Hacı Ağaevli





A+  A-

"Ədəbi düşüncələr" rubrikasında şair Əli Hacı Ağaevlinin şeirlərini zaman-zaman oxuculara təqdim edəcəyik. Şairin sosial şəbəkələrdə böyük maraqla qarşılanan şeirləri müxtəlif illərdə yazılmış ədəbi nümunələrdir. Asan həzm olunan, dərin məna ehtiva edən bu şeirlər Əli Hacının mə­nəvi – ruhani dünyasının poetik ifadəsidir.

Yıxıldım üzüm üstdə,
Yer, mənə ağlamadı!
Asdılar sözüm üstdə,
Dar,mənə ağlamadı!

Məna var hər çalarda,
Boğuldum bu çalada!
Saldığım bağçalarda,
Bar, mənə ağlamadı!

Salavat çəkdim Aya,
Haqqımız gələ saya...
İtibdir abır-həya,
Ar, mənə ağlamadı!

Hərə nəyəsə bağlı,
Sevdim mən də qış nağlı!
Dedim göyərsin ağlım,
Qar, mənə ağlamadı !

Dünya-qədim bazardı,
Al-veri bir azardı!
Bu bazara, söz ardı...
Var, mənə ağlamadı!

Məqama ün düz oldu,
Ay-para, gün-düz oldu!
Dağların bir ahına,
Gecəsi gündüz oldu!

* * *

İş-gücüm yaman çoxalıb,
gündə min günah yuyuram!
Səndə bir günah gəzirəm,
mən də min günah yuyuram!

Göydən düşüb yer əyildim,
bir ev tikib yer əyirdim!
El-el buzlaşıb əridim,
gendə min günah yuyuram!

Tanrım! Yenə yerdəki-mən,
öz yolumdu, bir də ki, mən!
Sən verdiyin dindəki - mən,
dində min günah yuyuram!



Xəbər 1634 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +