Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


17.02.2025  11:30 

“Deyirdi ki, evdə hamınızı partladacağam...” - VİDEO





A+  A-

Goranboy rayonunun Qarasüleymanlı kəndində qayınatanın gəlinə əl qumbarası atmasının bəzi detalları məlum olub.

XəzərNews.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, 68 yaşlı Zakir Namazov rayonun Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edib. Ehtimal olunur ki, həmin qumbara müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapılıb.

Onun həyat yoldaşı Yamin Məmmədova deyir ki, ailə daxilindəki münaqişə bir ilə yaxındır ki, davam edib:

“Gəlin ona tərəf daş atdı, o da heç bilmədim nə atdı. Mən kənarda nəvəmlə dayanmışdım. Birdən tüstü qalxdı. Elə bildim ayağım yerdən üzüldü. Gördüm ki, gəlin yerə uzanıb. Yaxınlaşıb gördüm ki, damarından qan axır. Hər gecə balta, bıçaq... Bir ildir ki, bizim günümüz polislərdə keçir. O hələ deyirdi ki, evdə hamınızı partladacağam”.


Üç uşaq anası olan 38 yaşlı Vəfa Aslanovanın müalicəsi hazırda xəstəxanada davam etdirilir. Gəlinin üstünə partlayıcı maddə ataraq ona xəsarət yetirən Zakir Namazov isə iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Fakla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı süjetdə:



Xəbər 1362 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +