Məşqçi faciəvi şəkildə vəfat etdi
Vahid Axundov vəfat etdi... - Prezident nekroloq imzaladı
Mikayıl Cabbarova yeni vəzifə verildi
İcra başçısının oğlu general-mayor oldu
Naxçıvan Ali Məhkəməsinə sədr təyin edildi
Prezident onlara rütbə verdi - Siyahı
RAMİZİN SÖZÜ - Sabir Rüstəmxanlı yazır...
Bu yollar buz bağlayacaq - HAVA
Nazirin səs-küylü görüntüləri ilə bağlı açıqlama
Qurbanova “İlin ən yaxşı baş məşqçisi” mükafatı təqdim edildi


28.02.2017  14:56 

İran ayrı-seçkilik edir





A+  A-

İranda Urmu gölünün canlandırılmasına ayrılan büdcə vəsaiti maliyyə sıxıntıları bəhanəsi ilə təhvil verilmir, lakin digər vilayətlərdə müxtəlif layihələr problemsiz şəkildə icra olunur. Bu məsələ azərbaycanlı yerli məsulların etirazına səbəb olur.
“Valiliyin israrına rəğmən Büdcə və Planlaşdırma Təşkilatı Urmu gölünə ayrılan büdcə vəsaitini təhvil vermir, lakin digər vilayətlərdə layihələrin icrası üçün heç bir problem yoxdur. Məsələn Məhəmməd Baqir Nobəxtin (prezident Həsən Ruhaninin sözcüsü) doğulduğu şəhərdə bütün layihələr uğurla həyata keçirilir. Urmu gölü böhranı transmilli bir məsələ olduğu üçün dövlət bu məsələyə daha çox önəm verməlidir, ancaq biz bunu görmürük”- deyə Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Məhəmməd İsmail Səidi “Anac” xəbər agentliyinin müxbiri ilə danışıqda deyib.

“Son zamanlar yağıntıların artdığına görə Urmu gölündə suyun səviyyəsi biraz qalxıb. Hakimiyyət həmən təbliğə keçib və Allahın mərhəmətini öz adına yazmaq istəyir. Fakt odur ki, dövlət cari ildə Urmu gölü üçün ayrılan büdcə vəsaitini ödəməyib və bu səbəbdən gölün canlandırılması ilə bağlı nəzərdə tutulan bütün layihələr icra olunmayıb. Bir sözlə Urmu gölü haqda verilən vədlər yerinə yetirilmədi”- deyə millət vəkili əlavə edib.

Qeyd edək ki, uzun illərdir bölgəni böyük böhranla üz-üzə qoyan Urmu gölündə vəziyyət olduğu kimi qalır. Verilən bütün vədlərə rəğmən prezident Həsən Ruhaninin dövründə də gölün canlandırılması uğrunda heç bir əməli addım atılmadı, göldə və ətraf məntəqələrdə böhran getdikcə dərinləşir.

(gunaz.tv)

Xəbər 4881 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı

15.12.2025  10:18 

Bakı metrosunda problem yaranıb

15.12.2025  10:15 

Yumurta bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +