Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


15.10.2019  10:58 

ABŞ türkiyəli nazirləri “qara siyahı”ya saldı





A+  A-

ABŞ hökuməti Türkiyənin Milli Müdafiə və Energetika Nazirliklərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
XəzərNews.az-ın ABŞ Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Müdafiə naziri Hulusi Akar, Daxili İşlər naziri Süleyman Soylu və energetika naziri Fateh Dönməz də sanksiyalar siyahısına daxil edilib.

Məlumata görə, bu nazirlik və nazirlərin ABŞ-dakı bank hesabları dondurulacaq, eləcə də Amerika vətəndaşlarına bu qurum və şəxslərlə əməkdaşlıq etmək qadağan ediləcək.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi xəbərdarlıq edib ki, siyahıdakı şəxslər ilə müəyyən əməliyyatlar aparan insanlara da sanksiya tətbiq oluna bilər.

Bildirilir ki, sanksiyalar BMT və QHT-lərin Türkiyədəki işlərinə mane olmamalıdır. Həm də ABŞ sanksiyalar yolu ilə Türkiyənin Suriyadakı humanitar əməliyyatlarına mane olmayacaq.

Qeyd edək ki, məhdudlaşdırıcı tədbirlər rəsmi Vaşinqtonun Ankaranın Suriyanın şimal-şərqindəki kürdlərə qarşı hərbi əməliyyatına cavab olub.

Xəbər 1544 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +