Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


13.11.2018  13:38 

Bakıdakı məktəbdə güclü YANĞIN - 100 nəfər şagird edildi





A+  A-

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN-dən XəzərNews.az-a verilən məlumata görə, noyabrın 13-də Binəqədi rayonunda ümumi sahəsi 3600 m² olan (hər mərtəbəsi 1200 m²-dir, 2 və 3-cü mərtəbələrdə məcburi köçkünlər məskunlaşıb, 1-ci mərtəbədə 45 saylı orta məktəb fəaliyyət göstərir) üçmərtəbəli binanın 3-cü mərtəbəsində otaqlar, taxtadan ibarət arakəsmələri 132 m² sahədə, dəhliz 168 m² sahədə və binanın dam örtüyü 20 m² (ümumi 320 m²) sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub. Hadisə zamanı 10 nəfər bina sakini xilas olunub, 100 nəfər şagird və 50 nəfər bina sakini təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Xəbər 1150 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +