“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


11.08.2017  13:34 

İŞİD-dən İrana hücum hədəsi





A+  A-

Özünü İslam Dövləti (İD-İŞİD) adlandıran qruplaşma yayımladığı yeni bir videoda İranın paytaxtı Tehranda yeni bir hücum törədəcəyini deyib və ayağa qalxmalarını istədiyi iranlı gənclərə cihad çağırışı edib.
İD-in xəbər agentliyi olan Amaq-ın loqosunu daşıyan videoda, üzlərində qara maska, əllərində isə Kalaşnikov silahı tutan üç nəfər görüntülənib.

Videoda, bundan başqa, iyun ayında Tehranda İD-in törətdiyini dediyi hücumlardan görüntülər də yer alıb.

Ləhcə ilə farsca danışan kişi deyib ki, "İraq və Suriyada itlərinizin boğazınızı kəsdiyimiz kimi Tehranın mərkəzində də kəsəcəyik".

Videonun digər qismində isə qara maska taxmış və ərəbcə danışan başqa kişi Şiələri hədəfləyən sözlər deyir və İraqda da hücumlar edəcəkləri ilə hədələyir.

İD İranı regionda ən böyük düşmənlərindən biri kimi görür.

Tahran`daki IŞİD saldırılarıTehranda İD-in törətdiyini dediyi hücumlarda azı 18 nəfər ölüb
İD 7 iyunda İran Parlamenti və Ayətullah Xomeyninin türbəsini hədəf alan hücumlar təşkil edib və bu hücumlarda azı 18 nəfər ölüb.

İran İnqilabı Mühafizəçiləri bu hücumlara cavab tədbirləri olaraq, 18 İyunda Suriyadakı İD bazalarına raket hücumları edib və hücumlarla əlaqəli onlarla adamın həbs olunduğunu bildirib (BBC).

Xəbər 1581 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +