Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


08.02.2025  00:14 

Üç uşağı olanlara şad XƏBƏR - VİDEO





A+  A-

5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək.

XəzərNews.az Xəzər TV-yə istinadən məlumat verir ki, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, bir neçə dəfə ölkədə çoxuşaqlı ailə anlayışının 5 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilib. Hazırda isə təklif üzərində iş gedir. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək.

Millət vəkilinin sözlərinə görə, ölkədə bu qəbildən olan 100 mindən çox ailə var. Yəni çoxuşaqlı ailə modeli 5-dən 3-ə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər.

Qeyd edək ki, hazırda beşdən çox uşağı olan ailələrə sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır.

Ətraflı süjetdə:

https://youtu.be/BDf6IMZP50o?si=OYI93d2ijTc_HGEy

Xəbər 2990 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +