“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


19.04.2018  13:57 

Ötən il 37 min qadın abort olunub - Məktəbli də var





A+  A-

Bu gün Respublika Perinatal Mərkəzdə Antenatal qulluğun təşkilinə dair konfrans keçirilib.
XəzərNews.az xəbər verir ki, konfransda çıxış edən Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova antenatal qulluq sahəsində statistik göstəriciləri açıqlayıb:

"Ağır vəziyyətdə mərkəzə daxil olmuş qadınların sonrakı vəziyyəti hər zaman müşahidə altında saxlanılır. Ümumiyyətlə, son bir ildə RPM-ə 7-yə yaxın bu cür xəstə daxil olub.

Ağırlaşmaların səbəbləri fərqlidi. Qadınlar əsas xəstəliklərini öz mamaginekoloqlarından gizlədir. Bu səbəbdən doğuşa az vaxt qalanda ağır vəziyyətdə xəstəxanaya daxil olurlar. Biz xəstəlikləri əvvəlcədən bilsək, vaxtında müdaxilə edə bilərik".

S. Məmmədova onu da bildirib ki, yaş artdıqca hamiləlik çətinləşir: "Yaş artdıqca qadınlarda xəstəliklər də artır. 25 yaşdan sonra artıq hamiləliklərdə müəyyən çətinliklər yaranmağa başlayır. Ən çox rast gəlinən xəstəliklər anemiyalar, böyrək və ürək problemləridir ki, yaş artdıqca özünü daha çox göstərir. Bunlar ilk risk qrupuna daxil olan xəstəliklərdir. Qadın risk qrupuna daxil olduqda vaxtaşırı müayinələrdən keçirilir. Bu müayinələr olmasa, ana və uşağın gələcəyi üçün problem yarana bilər.

S. Məmmədovanın sözlərinə görə, ötən il 37 min qadın abort olunub: "Abort olunanların əsas yaş qrupu 18-25-dir, abortdan sonra isə fəsadlaşma halı qeydə alınmayıb. Məktəbli şagirdlərlə bağlı abort halı da yaşanıb. Bu nadirən olsa da qeydə alınıb, həmin say 9-12 arasında dəyişir. Təcavüzə məruz qalan 12-14 yaşlı uşaqların icazəli şəkildə doğuşu sonlandırmağa isə icazə verilir".

Xəbər 1761 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +