İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə
Liderlər Budapeşt Bəyannaməsini imzalayıblar
Lavrov: Sülh müqaviləsinin mətni üzrə razılaşmanı alqışladıq
Növbəti görüşlər İrəvan və Bakıda baş tuta bilər - Lavrov
Əvəz Zeynallının səhhəti kəskin şəkildə pisləşib
Blogerə qarşı yeni cinayət işi açıldı
Azər Qasımlı ilə bağlı qərar verildi - Məhkəmə
İdmançının makiyajsız görünüşü diqqət çəkdi


17.12.2021  20:42 

ƏRDOĞANIN İQTİSADİ BAXIŞI NİYƏ QÜSURLUDUR?





A+  A-

(ıı yazı)

BVF-dan ucuzlu kreditlər al, milli istehsalı təşviq etmədən idxal mallarının ödənməsinin qarşı heç bir tədbir görmə, kreditorların parası ilə rahat bir şəkildə “beton” iqtisadiyyatı qur, sonradan bahalı dollar qarşılığında borc asıllığında çabala. Daha sonra da özünə bəraət donu biç ki, Amerikanın gözü bizi götürmür və s.

Bəlli bir həqiqəti bilmək üçün Türkiyə iqtisadiyyatını eksperiment “dovşanına” çevirmək lazım idi ki? Bu aydın həqiqət ondan ibarətdir ki, ABŞ bir neçə il bundan qabaq azad insanların Amerikası idi, indi amerikalıların Amerikasıdır. Bu gerçəkliyi dərk etmək üçün nə Amerikapərəst olmaq lazımdır, nə də antiamerikan. Amerikanın güclü iqtisadiyyatı var. Dünya ÜDM-nin hər 4 dollarından 1 dolları ABŞ-a aiddir. Dünyada ticarətin 60% dollarla, 20% avro ilə, yerdə qalan 20% isə digər valyutalarla aparılırsa, bu zaman sənin dollardan imtinan lirənin dəyərini necə dəyərə mindirə bilər ki? Dünyanın valyuta bazarında gündəlik 5,1 trilyon dolların hərəkəti baş verirsə, bu zaman Türkiyənin hətta 200 milyard dollarının lirəyə çevrilməsi o bazara hansı təsiri göstərə bilər ki?

Dünyanın bəzi bəlli reallıqları var ki, onları konkret olaraq söynənilən cavablar da deyil, suallarda tapmaq mümkündür. Onlardan birini Ərdoğanın da cavab tapması lazım: daş yumurtanın üzərinə yox, hətta yumurta daşın üstünə düşsə belə, daş əzilər, yoxsa yumurta?

Cənab Ərdoğan uzun illər qardaş Türkiyədə hamını səbrli olmaq aurasına yünəltdi. Təkbaşına idarəçiliyin mənfi nəticələri üçün subyektiv nöqsanları bir kənara qoyub, obyektiv “əsaslar” axtarmağa başladı. “Hər şey yaxşı olacaq” səbr resepti ilə yola çıxaraq insanları hər cür rəzalətə dözən dözümlü kütləyə çevirməyə çalışdı. Halbuki Türkiyəyə nağıllardakı yalançı “sabahlar” yox, gerçəkçi “bu günlər” lazımdır. Dünyanın ən zəngin (”Forbes”in hesablamalarına görə, likvid sərvətinin həcmi mlrd. 100 dollar) və daha çox mütailəsi olan ağıllı investorlarından olan Uorren Baffetin düşündürücü bir fikri var: “Mükəmməl nəticəyə ümid etməkdənsə, yaxşı nəticəyə əmin olmaq daha yaxşıdır.”

Məhəmməd Talıblı


Xəbər 2028 dəfə oxunub.




21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü

21.05.2025  11:34 

14 kq narkotiklə tutuldular

21.05.2025  10:41 

Tanınmış iş adamı vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +