Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


17.10.2025  17:29 

Trampın Putinlə görüşü Aİ-yə zərbədir?





A+  A-

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Budapeştdə planlaşdırılan görüşü Avropa İttifaqı üçün ciddi siyasi zərbə olacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph" qəzeti yazıb.

Nəşrin yazdığına görə, Rusiya və ABŞ liderlərinin danışıqları həm də Macarıstanın baş naziri Viktor Orbanın beynəlxalq nüfuzunu gücləndirəcək.

“Sammitin məkanı kimi Macarıstanın seçilməsi, yəqin ki, Aİ rəhbərliyinin üzündəki təbəssümü sildi. Blok Ukrayna üzrə sülh danışıqlarında kənarda qaldı və Qəzzada İsrail ilə HƏMAS arasındakı münaqişənin tənzimlənməsi planında ikinci dərəcəli rol oynamasından narahatdır”, - deyə "The Telegraph" qeyd edir.

Məqalədə bildirilir ki, bir çox Avropa diplomatları Viktor Orbanın siyasətinə görə Budapeştdə hakimiyyət dəyişikliyinə ümid edirdilər, lakin Putin və Trampın görüşü onun beynəlxalq arenadakı mövqelərini daha da gücləndirəcək.

Zəhra

Xəbər 2968 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +