Tanınmış müğənni vəfat etdi -FOTO
Oğlu həbs olunan general danışdı: “Hələ görüş vermirlər”
“Oyunla bağlı danışmaq istəmirəm, çünki...”-Koxalski sərt danışdı
DGK-nin 5 əməkdaşı saxlanıldı
DSMF 51,5 milyonluq iki tender elan edib
Rəşad Daşdəmirov həbs edildi
Generalın oğlu... - Və daha kimlər saxlanıldı?
Özü Ramiz Mehdiyev haqqında təriflər yağdırıb - Deputat
Tokayev Pezeşkianla görüşdü
Ukrayna Xəzərdəki neft platformasını vurdu


10.12.2025  10:00 

İRAN “ÖLÜM İLGƏYİNDƏN” ÇIXIR? - TEHRANIN DƏYİŞƏN SİYASƏTİ





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirlərin qısa tezislərini təqdim edirik:

İranın xarici siyasətində dəyişikliklər tez-tez baş verir və bu siyasət həm qonşuları, həm də ABŞ və İsrail tərəfindən xüsusi diqqətlə izlənilir. Binyamin Netanyahu artıq İranın regional fövqəldövlət olmadığını açıqlayıb. Bu, təbii ki, informasiya müharibəsinin tərkib hissəsi ola bilər. Hər gün İran İsrailin müxalifət mediasının yazdıqlarından sitatlar götürüb İsrail haqqında öz təsəvvürlərini formalaşdırır. Buna cavab olaraq Netanyahu da oxşar ritorikadan istifadə edir.



Son günlər İranın “raket” sözünü az işlətməsi diqqət çəkir. İran mediasının kontent analizində bunu aydın görmək olur. Təxminən 10–15 gün əvvəl “raket” mövzusu gündəmin ilk sıralarında dayanırdı. Bu təkcə “raket” terminindən istifadənin azalması ilə məhdudlaşmır; İranın xarici siyasət trayektoriyasında da dəyişikliklər müşahidə olunur. Əli Laricani Pakistana səfər edərək regional təhlükəsizlik və İsrailin apardığı müharibə mövzularını müzakirə edib. İran Pakistanla təhlükəsizlik müqaviləsi imzalaya bilər. Lakin Tehranda anlamalıdırlar ki, əgər Pakistan İranın təhlükəsizliyini təmin edirsə, bu, İranın sərbəst şəkildə BƏƏ-yə, Azərbaycana və Küveytə qarşı hücuma keçməsi anlamına gəlmir. İran özünü uydurduğu təhdidlərdən deyil, real təhlükələrdən qorumalıdır.

Azərbaycan və BƏƏ də Pakistanla hərbi təhlükəsizlik sahəsində müqavilələr imzalaya bilərlər.

Bu arada Ermənistan “Tramp koridoru”nu İran sərhədinə qədər gətirdi. 99 illik ticarət müddəti ərzində bəlkə də 99 fərqli təxribat variantı gündəmə gələ bilər. İran əgər dediklərinə özü inanırsa, onun üçün real təhlükə məhz budur. İran bu koridoru aradan qaldıra bilməyəcək, amma onun effektivliyini azaltmağa çalışa bilər.

Paşinyanın iki mühüm göstəricisi var:

I. Paşinyan “Tramp koridoru” ilə bağlı İrana müəyyən vədlər vermişdi, amma onları yerinə yetirə bilmədi. Ola bilər ki, bu vədlər əvvəldən yalan idi və məqsəd yalnız koridorun tikintisinə start verilməsi idi.

II. Paşinyan silahlanmanı etiraf etdi və silahlanmanın mənşəyi ilə bağlı bir-birinə zidd iki açıqlama verdi. Azərbaycan olaraq Ermənistandan özümüzü qorumaq hissi bizdə daimi olmalıdır. İranın Ermənistana etdiyi və edə biləcəyi hərəkətləri də yaxşı xatırlayırıq.

İranın Türkiyə ilə münasibətlərində də normallaşma tendensiyası başlayıb. Regional təhlükəsizlik kontekstində Pakistana doğru addım atan İran, paralel olaraq Türkiyə ilə də münasibətləri yumşaltmağa çalışır. Türkiyə istiqamətində dəmir yolu xəttinin çəkilməsi bunun göstəricisidir. İran Zəngəzur koridoruna qarşı kəskin reaksiya verib, çünki Türkiyəyə və Azərbaycana etibar etmir. Rusiya və Qərbə çıxışı yalnız Ermənistan üzərindən etibarlı sayır. Məntiqsizlik ondadır ki, Ermənistana 65 km-lik dəmir yolu çəkmək əvəzinə Türkiyəyə 220 km-lik xətt çəkir.

ABŞ Yaxın Şərqin yeni arxitekturasında, xüsusilə İsrailin təhlükəsizliyinin təminində Rusiyaya rol ayıra bilər. Bu isə Rusiyanın İrana təzyiqinin artması mənasına gələ bilər. Donald Tramp Putinə çox ciddi “hədiyyələr” verir – bunlardan biri Ukraynadır. Rusiya üçün Yaxın Şərqdə uzun müddətdir qurmağa çalışdığı və bacarmadığı mövqeləri formalaşdırmaq imkanı da Tramp tərəfindən əlavə “hədiyyə” kimi təqdim edilə bilər. Tramp eyni zamanda İran adından danışan şəxslərin dedikləri ilə bağlı şok açıqlamalar verə bilər. Bütün bunlar İranın indiki situasiyasına ciddi təsir göstərə bilər.

A.Əraqçının Azərbaycana səfəri də İranın özü üçün təhlükəli olan əvvəlki siyasət kursundan uzaqlaşmağa çalışması kimi qiymətləndirilə bilər. İran mediasının yazdığına görə, XİN rəhbəri yaxın vaxtlarda Moskva və Belarusa da səfər etməlidir. Prezident Məsud Pezeşkiyanın Qazaxıstan və Özbəkistana səfərləri də gözlənilir. Bunların hamısı İranın özünü “ölümə aparan” siyasətdən uzaqlaşmasının mümkün başlanğıcı kimi görünür.

İran istənilən anda əvvəlki vəziyyətinə qayıda bilər və ya onu buna qaytara bilərlər. Çünki İran “ölüm ilgəyindən” çıxmağın mexanizmlərini tam hazırlamayıb. İran mediasının yazdıqları və ekspertlərinin açıqlamaları göstərir ki, ölkədə hələ də siyasət üzərində ciddi düşünmə ənənəsi yoxdur.

İranda ən “dəyərli nemət” yenə şər və böhtan istehsalıdır. Buna görə də İran Xarici İşlər Nazirliyi ölkənin daxilində ciddi struktur kimi qəbul edilmir. Söhbət Əraqçıdan getmir; o, XİN-də çalışıb, sonra ali rəhbərin ofisində işləyib, yəni diplomatiya təcrübəsi var. Məsələ ondadır ki, XİN əməkdaşlarının günlərlə hazırladığı konsepsiya və tezislərdən daha çox ali rəhbərin ofisinin ətrafındakı “çayxana fikirləri” İranın xarici siyasətinə təsir edir. İran “ölüm ilgəyindən” çıxmaq istəyirsə, kompleks yanaşma tətbiq etməlidir.

İranın ən böyük problemlərindən biri içəridə uzun müddət yığılıb qalmış çoxsaylı məsələlərdir. Bunlar yalnız sosial-iqtisadi problemlərdən ibarət deyil. Əhalinin böyük hissəsi İranın siyasətini anlamır, çünki onlara lazımi izah verilmir. İran hələ də əhalini əvvəlki metodlarla idarə etmək istəyir və bunun üçün əvvəllər yaratdığı şər-böhtanı daha da gücləndirməyə çalışır. Amma unudur ki, əvvəlki təbliğat əhalinin böyük hissəsini ABŞ və İsrailə rəğbət bəsləyən bir mühitə çevirdi. İran vətəndaşları təkcə İsrailə informasiya ötürmürdülər; İsrail PUA-larını avtomobillərlə daşıyır, gizli yerlərə yerləşdirirdilər. Bunun özü İranın öz əhalisinin beynini idarə etmə mexanizminin iflasa uğraması deməkdir. İran bunu dəyişməlidir. Bu gün əhali İran hökuməti ilə ABŞ-ın Apple ekosistemi arasında seçim qarşısında qalsa, Apple-ı seçəcək və İran hakimiyyətini rədd edəcək.

Digər vacib məsələ İranın uzun illərdir eyni bilik və ideoloji materiallardan istifadə etməsidir. İrandakı dinin təbliği dövlətin özünün yaratdığı dini modelə əsaslanır və buna görə də onun qüsurlarını özləri yaxşı bilirlər. Bu mexanizmi dəyişmək üçün İran şah dövründə yayılmış dini formulları yenidən təbliğ etməlidir. Həmin dövrün dini biliklərini bilən nəsil hələ var və onlar gənclərə bu formulları öyrədə bilərlər. Ayətullah Əs-Sistaninin adi bir fətvasının bütün İranı qarışdırması da bundan xəbər verir.

İran “ölüm ilgəyindən” uzaqlaşmağa çalışır, amma sürəti çox zəifdir və bunun üçün lazım olan strukturlar ya yoxdur, ya da mövcud olanlar ciddi problemlərlə üz-üzədir.


Xəbər 895 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

11.12.2025  14:38 

DGK-nin 5 əməkdaşı saxlanıldı

11.12.2025  14:16 

Rəşad Daşdəmirov həbs edildi

11.12.2025  13:32 

Tokayev Pezeşkianla görüşdü

11.12.2025  11:20 

Faktiki hava: Rayonlara qar yağır

11.12.2025  10:16 

Voronejdə hava hədəfi vurulub

11.12.2025  10:00 

DYP sürücülərə müraciət etdi


BÜTÜN XƏBƏRLƏR +