Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


15.03.2021  12:05 

Aksiz markası olmayan içki və siqaretlər aşkarlandı





A+  A-

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə daxil olan məlumat əsasında Səbail rayonu, Abbas Abbaszadə küçəsində yerləşən anbarda aparılan müşahidə tədbirləri nəticəsində həmin ünvanda aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış malların saxlanılması və satışının həyata keçirilməsi halları müəyyən edilib.
XəzərNews.az xəbər verir ki, aparılan araşdırmalarla təsərrüfat subyektinin Zeynalov Yusif Əli oğluna məxsus olduğu müəyyənləşdirilib və müvafiq qərarla həmin subyektdə operativ vergi nəzarəti tədbiri təyin edilib.

Keçirilmiş vergi nəzarəti tədbiri zamanı aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış 608 ədəd alkoqollu içki məhsulu və 2186 qutu tütün məmulatları, eyni zamanda aksiz markalarının saxta olduğu şübhə doğuran 472 ədəd alkoqollu içki məhsulu müvəqqəti saxlanc üçün götürülüb.

Aparılmış araşdırmalar zamanı, müvəqqəti saxlanc üçün götürülmüş və saxta aksiz markası vurulması ehtimal olunan alkoqollu içkilərin alış sənədinin olmadığı müəyyən edilib, həmin məhsullar ekspertiza məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Müvafiq sənədləşmə işləri yekunlaşdıqdan sonra nəzarət materiallarının Vergi cinayətlərinin ibtidai araşdırlması baş idarəsinə göndərilməsi nəzərdə tutulub.

Xəbər 1829 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +