ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?


18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var





A+  A-

“Avropa ölkələrində bayram ərəfəsində qiymətlər ucuzlaşır. Azərbaycanda isə tam əksinə, bayram üçün alınan məmulatların qiyməti ikiqan, hətta üçqat bahalaşır. Bu bütün iqtisadiyyatın quruluşundan asılı olan məsələdir. Azərbaycanda bazarın, iqtisadiyyatın xarakteri ondan ibarətdir ki, hansı məhsullarda dövriyyə çoxalırsa, o zaman qiyməti artırmağa başlayırlar”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli deyib.

O bildirib ki, məhsulların satışı, dövriyyəsi, tədarükü hamısı monopoliyadadır. Ona görə inhisarçı rəqibi olmadığına görə dövriyyəni nəzarətdə saxlayır. Dövriyyə aşağı düşəndə qiymətlər sabitləşir, hətta bəzən ucuzlaşır, nə vaxt ki dövriyyə artır, onda qiymətlər bahalaşmağa başlayır:

“Məsələn, onlar düşünürlər ki, 100 kq qozu 7 AZN-ə satsam, 100 AZN əlavə gəlir əldə edirəm. Qiyməti qaldırır və daha artıq qazanır. Hər zaman çox satılan məhsulun qiyməti qalxır. Lakin rəqabətli bazarda mənzərə tamam başqadır. Burada sahibkarlar arasında amansız mübarizə gedir. Hər bir sahibkar qiyməti 1 qəpik belə qaldıran zaman yüz ölçür, bir biçir. Yəni, araşdırmalar, tədqiqatlar apararaq, öz rəqiblərinin satış qiymətləri ilə maraqlanırlar. Rəqabətli bazar üçün ən çətin iş qiyməti bahalaşdırmaqdır. Ona görə də sahibkarlar rəqabətli bazarda mənfəəti artırmaq üçün qiymət bahalaşmasına getmirlər. Başqa variantlar axtarırlar. Məsələn, məhsulun maya dəyərinin aşağı salınması üçün qiymətləri qaldıran vaxt keyfiyyət dəyişikliyinə gedirlər, üzərində daha əlavə məhsullar təklif edirlər və s”.

İqtisadçının sözlərinə görə, hər kəs qiyməti daha ucuz təqdim etmək istəyir ki, rəqib qarşısında öz üstünlüyünü nümayiş etdirsin. Bununla da özünə daha çox müştəri cəlb edir. İnhisarçı bazarda rəqib yoxdur:

“Müştəri hara getsə, yenə həmin yerdən satın alacaq. Bizdə bazarlar, mağazalar və marketlər də çoxdur. Amma onların hər birinin mərkəzləşmiş bir neçə sahibi vardır və bu sahələr inhisardadır. Azərbaycanda nəyin qiyməti qalxırsa, o bütün bazarlarda bahalaşır. Ölkədə ərzaq məhsulları qıtdır. Buna görə də biz məcbur olaraq onu idxal edirik. İdxal yerli istehsala nisbətən daha baha başa gəlir”.

İqtisadçı-ekspert Fuad İbrahimli qeyd edib ki, bayramqabağı bu cür bahalaşmalar təkcə Azərbaycanda deyil, bütün ölkələrdə olur:

“Azərbaycanda uzun illərdir ənənəvi olaraq Novruz bayramından öncə tələbin yüksəlməsi nəticəsində ərzaq məhsullarının qiyməti artır. Çünki yerli məhsulların bazara çıxmasında müəyyən çətinliklər olur. Onların sayı və həcmi azalır. Eyni zamanda yerli istehsalımız zəifdir və buna görə xaricdən daha çox məhsullar gətirilir. Dünyada daşınma xərclərində də artımlar müşahidə olunur".



Xəbər 2431 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +