İcra Hakimiyyəti eyni şirkətlə 3 milyonluq anlaşdı
37 yaşlı kişi qızının sinif yoldaşına təcavüz etdi
İsrail Livana qarşı hücuma keçdi
Bakının bəzi rayonlarında qaz olmayacaq
Mübariz Əhmədoğlunun israrı, Ağaye Vilayətinin etirafı...
23 yaşlı tələbə qəzada həyatını itirdi
Türkiyədə azərbaycanlı qadın uşaqlarının gözü önündə döyüldü
Keyfiyyətli dondurmanı necə seçək?
Vağzalın parkinq xidməti müvəqqəti dayandırılır
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri artıb


18.06.2025  17:01 

Nazirlər İranı müzakirə etdilər





A+  A-

Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı aparılıb.

XəzərNews.az xəbər verir ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti, eləcə də Azərbaycanla Rusiya arasında ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Rusiya xarici işlər naziri incəsənət xadimləri daxil olmaqla Rusiya vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə ölkə rəhbərliyinə və bütün aidiyyəti qurumlara təşəkkür edib.

Tərəflər İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər 823 dəfə oxunub.




15.08.2025  10:49 

Qəbələdə evdən meyit tapıldı

14.08.2025  14:14 

Afaq Bəşirqızı təltif edildi

14.08.2025  12:58 

Sabah hava necə olacaq?

14.08.2025  12:49 

Narkotik satan qardaşlar tutulub


BÜTÜN XƏBƏRLƏR +