“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.07.2017  13:48 

Bakıda dəniz limanında faciə - Ölən var





A+  A-

Bakı şəhərində yerləşən dəniz limanında bədbəxt hadisə baş verib.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xətai rayonu ərazisindəki Quru Yük Limanında doker-mexanizator vəzifəsində çalışan 1991-ci il təvəllüdlü Məmmədyarlı Hilal Səfiyar oğlu idarə etdiyi avtokarın altında qalıb.

Belə ki, 26 yaşlı işçi 3,5 tonluq avtokarı sürərkən yük daşıyan texnikanın təkəri dəmir yolu relsinin üstünə çıxıb. Avtokarın aşacağını görən gənc özünü yerə ataraq xilas olmağa çalışıb. Lakin buna baxmayaraq avtokarın altında qalıb. Ağır vəziyyətdə Respublika Nevrocərrahiyyə xəstəxanasına aparılan Hilal Məmmədyarlının həyatını xilas etmək mümkün olmayıb.

QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib ki, faciəvi şəkildə vəfat edən Hilal Məmmədyarlının iş sığortası olub və onun ailəsi maddi yardım alacaq: “Məlum hadisənin baş verməsindən çox təssüflənirik. Dünyasını dəyişən Hilal Məmmədyarlının ailəsinə və yaxınlarına başsağlığı veririk. Hadisənin baş vermə səbəbləri araşdırılır”.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1344 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +