Azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi
Putin Zelenski ilə görüşəcəkmi?
Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı
Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı
Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?


10.12.2019  17:03 

Yol polisi maşını saxladı, sərnişin özünü bıçaqladı





A+  A-

Dekabrın 9-da saat 20 radələrində Ağcabədi şəhərinin ərazisində Avşar kənd sakini S.Xanalıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil üzərində dövlət qeydiyyat nişanları olmadığı üçün DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb.
XəzərNews.az xəbər verir ki, araşdırma zamanı S.Xanalıyevin sənədlərinin də olmaması müəyyən edildiyindən avtomobilin müvəqqəti duracağa aparılması bildirilib. O və sərnişini, kənd sakini C.Rəfiyev tabeçilik göstərmədiklərindən hadisə yerinə PPXB-nin əməkdaşları çağırılıb. Bu zaman C.Rəfiyev özünün qarın nahiyəsinə bıçaqla daxilə nüfuz edən xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 3 ədəd patron, habelə nəqliyyat vasitəsinin yük yerində ona aid 1 ədəd dövlət qeydiyyat nişanı aşkar edilərək götürülüb, digər dövlət qeydiyyat nişanının isə evdə olması bildirilib.

C.Rəfiyev xəstəxanaya yerləşdirilib.

S.Xanalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.

Xəbər 1720 dəfə oxunub.



12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +