Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


14.06.2019  09:57 

Bakıda atışma - Bir nəfər öldü





A+  A-

Bakıda silahlı insident baş verib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hadisə gecə saat 01 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

B.Bünyatov küçəsində magistral yolda aralarında yaranmış mübahisə zamanı 1974-cü il təvəllüdlü Rauf Şirinov odlu silahdan atəş açaraq yeznəsi, 1972-ci il təvəllüdlü Naxçıvan sakini Ramiz Məmmədovu sinəsindən güllələyib.

R.Məmmədov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada ölüb. Hazırda R.Şirinovun tutulması üçün əməliyyat-axtarış davam etdirilir.

Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, qətli törətməkdə şübhəli bilinən R.Şirinov "Hozu" ləqəbi ilə tanınırmış. Mərhum R.Məmmədovun isə Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir.

Xəbər 1811 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +