“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda
Sabahın havası: Yağış, külək
ANAMA-nın bölmə rəhbərləri həbs edilib
“Azərbaycanda sağlam özəl sektor formalaşmayıb” - Nəsib Piriyev
32 ədəd şokaladın içində 240 qram qızıl...
Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar


11.09.2025  11:02 

Gəlininə qumbara atan qayınata həbs edildi





A+  A-

Goranboyda gəlininə qumbara atan 68 yaşlı qayınatanın məhkəməsi başa çatıb.

XəzərNews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, araşdırmanın sonunda Zakir Namazova verilmiş ittiham təsdiqini tapıb.

İttihamda yazır ki, ahıl qayınata uzun müddət davam edən ailə-məişət münaqişəsinin sonunda gəlinini öldürmək qərarına gəlib. O bu məqsədini reallaşdırmaq üçün həyətdə ot tayasının arasında gizlətdiyi F-1 tipli əl qumbarasından istifadə edib. Belə ki, həyat yoldaşı və azyaşlı nəvəsinin gözləri qarşısında qumbaranın qoruyucusunu çəkərək gəlininin üstünə atıb. Partlayış nəticəsində 39 yaşlı V.A. ağır xəsarət alıb.

Z. Namazov polis əməkdaşları tərəfindən saxlanılıb.

Z. Namazov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Goranboy rayon prokurorluğunda cinayət işi başlanılıb. Xüsusi amansızlıqla adam öldürməyə cəhd və qanunsuz oldu silah, döyüş sursatı və partlayıcı maddələr əldə etmə və ya saxlama maddələri ilə yekun ittiham verilib.

Təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadə verib. Lakin ittihamlara münasibətdə özünü təqsirli bilməyib.

Zakir Namazovun sözlərinə görə, uzun müddət gəlininin hərəkətlərindən narahat olub. Hətta həyat yoldaşı ilə danışığında onu oğlundan ayıraraq evdən qovacağını söyləyib. O, gəlini ilə münasibətinin ürəkaçan olmadığını etiraf etsə də, ona qumbara atmadığını deyib. Bildirib ki, V.A. bir müddət sonra 3 azyaşlı uşağını da qoyub evdən qaçıb.

“Oğlum ikinci qrup əlildir. Bəzi məsələlərdən sonradan xəbəri olub. Həyat yoldaşı evdən qaçandan sonra rəsmi qaydada boşandılar. Uşaqlarını atdığına görə gəlindən aliment tutulması haqda qərar da var. Lakin alimenti ödəmədi. Qumbara məsələsinə gəlincə, belə bir şey olmayıb. Məndə qumbara olsaydı, elə onu xoşagəlməz hərəkətlər etdiyi 3 il ərzində öldürərdim”, - deyə Z. Namazov əlavə edib.

İş materiallarında başqa bir epizod isə təqsirləndirilən şəxsin daha əvvəl gəlinini zorlaması ilə bağlıdır. Hətta o bu münasibətin maneəsiz davam etməsi üçün öz arvadını da öldürməyi fikirləşib. Zərərçəkmiş kimi dindirilən gəlin də qayınatasının hədə-qorxusu ilə dəfələrlə onunla birlikdə olduğunu, hətta ona kəbinə daxil olmağı təklif etdiyini söyləyib. Gəlinin dediyinə görə, kəbin söhbətindən sonra dözə bilməyib, prokurorluğa şikayət edib.

Z. Namazov isə gəlininin həmin sözlərinin böhtan olduğunu, onu şərləmək məqsədi daşıdığını bildirib: “Evdən qaçandan bir müddət sonra məndən xahiş etdilər ki, uşaqlarına görə onu bağışlayım. Düzdür, həmin vaxt artıq boşanma da olmuşdu. Buna baxmayaraq onu evə gətirdim. Amma uşaqları anaları ilə birlikdə yaşamağa etiraz etdilər. Məcbur qalıb onu həyətdəki vaqona yerləşdirdim. Sonradan da dedi ki, guya həmin vaqonda hədə-qorxu ilə onunla birlikdə olmuşam. Hətta prokurorluğa da şikayət etdi. Lakin yetərli sübutlar olmadığından cinayət işinin başlanmasından imtina edildi. Sonradan da qumbara hadisəsinə görə həbs olundum”.

Məhkəmə istintaqı vaxtı bütün ailə üzvləri, zərərçəkmiş şəxs və digər şahidlər ayrılıqda dindirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zakir Namazova 15 il 6 ay həbs cəzası verilib.



Xəbər 2046 dəfə oxunub.



12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +