“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


12.06.2021  17:45 

Abel Məhərrəmovun restoranında toy - DİN hərəkətə keçdi





A+  A-

Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus "Mona Liza" restoranında keçirilən toya görə Daxili İşlər Nazirliyi hərəkətə keçib.
XəzərNews.az-ın məlumatına görə, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, iyunun 11-də Nərimanov rayonunda yerləşən "Mona Liza" restoranında toy keçirilməsi ilə bağlı məlumat təsdiqini tapıb:

"Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb. Müəyyən edilib ki, iyunun 11-də saat 19:00-dan 22:30-dək müddətdə azsayda qonağın iştirakı ilə toy mərasimi keçirilib. Restoranın müdiri Şəmsi Şıxıyev 4 min manat cərimələnib, administrator Musa Balazadə barəsində də protokol tərtib edilib. Onlar hər ikisi barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunub.

Toy iştirakçısı olan təxminən 20 nəfərə xəbərdarlıq edilib və xüsusi karantin rejimi dövründə belə mərasimlərin keçirilməsinin yolverilməz olduğu bildirilib".

Qeyd edək ki, Abel Məhərrəmov ötən il AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi üçün də cərimə edilmişdi.

Əlavə edək ki, A.Məhərrəmovun restoranındakı toydan video manset.az saytında yayımlanıb.



Xəbər 4142 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +