“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


30.03.2021  16:09 

Ermənistan ATƏT büdcəsinin qəbul edilməsini əngəlləyir





A+  A-

Ermənistan ATƏT-in büdcəsinin, habelə ATƏT-in Ukraynadakı Xüsusi Nəzarət Missiyasının qəbulu prosesini əngəlləyib.
XəzərNews.az xəbər verir ki, bu barədə “Caliber.az” diplomatik mənbələrə istinadən məlumat verib. Qeyd olunur ki, bu cür hərəkətlərlə rəsmi İrəvan bütün təşkilatın nüfuzuna və funksionallığına ciddi zərbə vurur.

Məlum olduğu kimi, Ukraynadakı Xüsusi Monitorinq Missiyası ATƏT üçün çox vacib bir “uğur hekayəsi”dir. Büdcəsi 100 milyon avrodan çox olan missiyanın fəaliyyətində 1000-dən çox əməkdaş iştirak edir. Lakin missiyanın səlahiyyət müddəti 31 martda başa çatır və bu tarixə qədər onun uzadılması barədə qərar qəbul edilməzsə, missiyanın fəaliyyəti avtomatik olaraq sona çatacaq.

Rəsmi İrəvanın ATƏT-dəki bu cür destruktiv davranışı yalnız Kiyevə qarşı düşmən münasibətini nümayiş etdirmir, həm də bütün təşkilatın fəaliyyətinin iflic olmasına gətirib çıxarır. Məntiqi olaraq Ermənistanın bu addımı Qərbin də ciddi narazılığına səbəb olur.

Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyinin son dövrlərdəki fəaliyyəti və Azərbaycana qarşı getdikcə aqressiv açıqlamaları Ermənistanın baş naziri Nikol Paşinyanın XİN-ə nəzarət etmədiyi düşüncəsini yaradır.

Ermənistan Xarici İşlər Nazirliyinin bu cür destruktiv fəaliyyəti müstəqil, yoxsa xarici təsir altında aparması isə açıq sual olaraq qalır.

Xəbər 1708 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +